BORCUNU QAYTAR (Oğlum Babəkə) - Müzəffər MƏZAHİM
Bu gün oğlum Babəkin doğum günüdür. Babək Tuncay Gozəlov u təbrik edir, uzun ömür, can sağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Həmişə Vətənə layiq vətəndaş, dosluğa sədaqətli dost, hər kəsə mehriban və səmimi insan olasan.

BORCUNU QAYTAR
(Oğlum Babəkə)

Mən sənə Babəkin adını verdim,
Bu ad Savalana, Kəpəzə taydır.
Dünəndən bu günə uzanan dərdim,
Babamdan oğluma mirasdır, paydır.

Bu adın taleyi doğmadır mənə,
Onun qeyrətini, odunu qoru.
Bürünmə bu adın isti kürkünə,
Qanında qaynasın kişi qüruru.

Tarixin dolanbac cığırlarından,
Keçibdir haqq kimi, ədalət kimi.
Mən sənə vermişəm bu xoşbəxtliyi,
Ulu nəslimizdən əmanət kimi.

Səhl Sumbatların gədələrindən,
Satqından, yaltaqdan qoru bu adı.
“Dostun” böhtanından, hədələrindən,
Riyadan, qılıqdan qoru bu adı.

Bu ad yaddaşındır, bəzəyin deyil,
İntiqam yaddaşın, qisas yaddaşın.
O Bəzz qalasında çalınan təbil,
Döyüşə səsləyən kompas yaddaşın.

Qəfil xəyanətin yarası dərin,
Hələ də qövr edir canımda, oğul.
Yersizə yerini göstərən ərin,
Atəşi dolanır qanımda, oğul.

Tər çiçək kimidir köhnə yurdumuz,
Hələ şirə çəkir bal arıları.
Bu təndir yurdumuz, təknə yurdumuz,
Doydurub nə qədər ac qarınları.

Yiyəsi yoxdursa qeyrətli, mətin,
Vətənin dərdləri yetim qalacaq.
Yatsa oğulları bir məmləkətin,
Xalqı isidəmməz nə od, nə ocaq.

Məslək səngərində, el keşiyində,
Gecəli-gündüzlü ayıq dur, ayıq!
Dədə-babaların yurd beşiyində,
Hələ nəsil-nəsil yaşamalıyıq.

Daşıdığın adın zəhmi, vüqarı,
Üstündə dağ yükü dayanır hələ.
Dalğalı, tufanlı ümmanlar yarıb,
Bu nəhəng gəmini çatdır sahilə.

Sənə borc verilib bu ad, bu şərəf,
Vətənə oğulluq borcunu qaytar.
Haqqı tapdalanmış Azıərbaycanın,
Bütövlük adında tacını qaytar.


Atan Müzəffər Məzahim

Təbrikə Cəmil Zəbhullaoğlu və Turaztv.az-da qoşulur.100 yaşa.Amin!

BORCUNU QAYTAR (Oğlum Babəkə) - Müzəffər MƏZAHİM
BORCUNU QAYTAR (Oğlum Babəkə) - Müzəffər MƏZAHİM
BORCUNU QAYTAR (Oğlum Babəkə) - Müzəffər MƏZAHİM

Son xəbərlər

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

AzTU-da elektron diplomların verilməsinə başlanıldı: Rektor ilk diplomları imzaladı

Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031