Zelenski şad xəbəri ELAN ETDİ: Rusiya artıq...
“Rusiyadan müharibənin bitəcəyinə dair siqnalların olması yaxşıdır. İki il idi bunu görmürdük. Ukraynanı 3 günə işğal edib hökuməti dəyişmək planları baş tutmadı. Bu qanlı müharibədən sonra Rusiyaya etibar edə bilmərik. Biz sirr saxlamırıq, açıq şəkildə bildiririk”.
“Yeni Gündəm” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda sülh üçün bəzi güzəştlərin edilib-edilməyəcəyi məsələsinə toxunan Zelenski qeyd edib ki, hazırda ölkə müharibə şəraitindədir: “Bu müharibədən sonra başqa bir müharibə istəmirik. Ukraynanın təhlükəsizliyi razılaşmalarda təmin edilməlidir”.
Dövlət başçısı vurğulayıb ki, Ukraynanın Polşa ilə münasibətləri yaxşıdır: “Çoxlu sayda Ukrayna vətəndaşı Polşa ərazisindədir. Bizim həmvətənlərimiz Rumıniya və Moldovada da yaşayır. Qonşularımızla münasibətlərimiz yaxşıdır. Müharibə zamanı kimin dost, kimin düşmən olduğunu öyrəndik”.
Ukraynada demokratiyanın mövcud olduğunu deyən Zelenski müharibə zamanı xalqın daha da birləşdiyini vurğulayıb.
“Qələbə qazanacağımızı 100 faiz bilirik, amma bunun nə vaxt olacağını bilmirik. Diplomatlarımız bölgəyə sülh gətirməyə çalışırlar. Amma bundan əvvəl silahların susması, insanların evakuasiyası, ərzaq və dərmanların çatdırılması kimi məsələlər həyata keçirilməlidir”, – Zelenski ölkəsinin Rusiya ilə mühribədən qalib çıxacağını iddia edib.
Ukrayna lideri etiraf edib ki, ölkəsi NATO-ya üzv ola bilməyəcək.
Avropadan gələn yardıma toxunan ölkə liderinin sözlərinə görə, Qərb və dünya daha çox şey edə bilər: “Hər kəs bacardığı qədər mübarizə aparmalıdır. Oturduqları kafeyə bomba düşməyincə nə baş verdiyini anlamayacaqlar. Ancaq belə bir şey olsa, hava məkanını bağlamağı düşünəcəklər. (Silah-sursat-red) Verə bilməyəcəklərini anlayanda satın almaq istədiyimizi bildirdik”.Report

Son xəbərlər

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Raqif Nazimoğlu : Süni intellekt oğruları - FOTO

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31