Prezident İqor Qrosu ilə videoformatda görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Prezident İlham Əliyev Moldova parlamenti sədrinin Azərbaycana səfəri çərçivəsində səmərəli görüşlərin keçirildiyini qeyd edib. Dövlət başçısı onun işğaldan azad edilmiş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, Ermənistanın 30 illik işğal dövründə törətdiyi dağıntılarla, eyni zamanda, azad edilən ərazilərdə Azərbaycan tərəfindən qısa müddətdə görülən quruculuq işləri ilə yerində tanış olduğunu bildirib. Dövlət başçısı ötən ilin dekabrında Brüsseldə Moldova Prezidenti ilə görüşünü və bu yaxınlarda Moldovanın xarici işlər nazirinin Azərbaycana səfərini qeyd edərək əlaqələrimizin dinamik və intensiv xarakter daşıdığını məmnunluqla vurğulayıb. Bu kursun davam etdirilməsinin və əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək səfər çərçivəsində Milli Məclisin sədri və digər rəsmi şəxslərlə səmərəli və məhsuldar görüşlər keçirdiyini bildirib. Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiklərini qeyd edib. İqor Qrosu işğaldan azad olunmuş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, oradakı vəziyyətlə yerindəcə tanış olduğunu bildirib. Moldova parlamentinin sədri ölkəsində yaşayan Azərbaycan diasporunun yerli cəmiyyətə çox yaxşı inteqrasiya etdiyini də diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar, beynəlxalq parlamentlərarası təsisatlarda birgə fəaliyyət və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

***

10:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Son xəbərlər

İran 18 yeraltı raket anbarının əksər girişlərini yenidən açıb

Mayk Menyan Şahruddinə xüsusi hədiyyə yolladı - Foto

Finlandiya hokkey üzrə beşinci dəfə dünya çempionu olub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Marneulidə geniş qeyd olunub - Fotolar

Abşeron məktəbinin müəllimi vəfat etdi

Müqavilə mətni ilə bağlı Trampa xəbərdarlıq

Dua Lipa ərə getdi - FOTO

Zöhrə Qaraqızı : MAVİ SƏMA İSTƏYİRİK - FOTO

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

“Tasnim”: Tramp müqaviləni dəyişərsə, İran müqavilənin mətnində düzəlişlər edəcək

İstanbulda yaxtada yanğın olub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Dəyərli tələbə yoldaşım Novruz Əsədovun oğlu Nicatın toyuna.. - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Mən bu naməyə bənd-bənd cavab verməyə çalışdım... - FOTO

NAZİR RÜSTƏMOV : Bir az da özümçün yaşayam, bəsdi - FOTO

QIZBƏS QƏBƏLƏ : ÖLÜM XƏBƏRLƏRİ - FOTO

Əlcəzair Prezidenti Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıq memorandumunu təsdiq edib

Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş

Ağcaqanad yeri qaşınmasını belə dayandırmaq olar

Mətanətin keçmiş gəlini tanınmış aparıcını bu sözlərinə görə məhkəməyə verdi (FOTOLAR)

Roza Zərgərli Ramzan Kadırovla - FOTO

"Makedon" vəfat etdi

Bakı səmasında nadir görüntü - Fotolar

10 illik məhkəmə çəkişmələri başa çatır

Məşhur professor 50 kq arıqladı

May ayının 30-da "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirildi - FOTOLAR

Bərdədə avtomobillər toqquşub, xəsarət alanlar var

Yol Polisi səfərdən dönən sürücülərə müraciət edib

Tramp Omanı hədələdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930