Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi başa çatıb
Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 50 komandanın 176 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyib. Federasiya prezidenti 86 kq çəki dərəcəsində ilk 3 yerin sahibini və birinciliyin ən yaxşı boksçusu Fətəli İsmayılovu mükafatlandırıb.

Həlledici döyüşlərdə qalib gələn Kənan Babayev, Amin Məmmədzadə, Kamil Babayev, Arif Bayramov, Aslan Quliyev, Zaur Qəhrəmanov, Səid Abdullayev, Daniel Xolostenko, Ənvər Babayev, Sərxan Budaqov, Fətəli İsmayılov, Məmməd Quliyev və Səbuhi Əlizadə çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi (75 xal) birinci yeri tutub. İkinci pilləyə “Neftçi” idman klubu (24) yiyələndiyi halda, “üçlüy”ü Daxili İşlər Nazirliyinin idman cəmiyyəti (12) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Fətəli İsmayılov layiq görülüb. Anar Nağdıyevlə Rövşən Qədirov ən yaxşı hakim, Elbrus Rzayev isə ən yaxşı məşqçi adına sahib olub.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi başa çatıb
Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi başa çatıb
Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi başa çatıb
Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi başa çatıb

Son xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Vahid ÇƏMƏNLİ : Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Sərnişin daşıyıcılarına veriləcək subsidiya ilə bağlı qərar

Hüseyn 6 il həbs oluna bilər

"Sığınacaq" izləyicilərinə pis xəbər

Quba filialının məzunu MİQ imtahanlarında Respublika birincisi oldu - FOTOLAR

Tanınmış araşdırmaçı-jurnalist Mehriban Əmrullayeva şöbə müdiri təyin olunub

Şərur sakini arvadını öldürdü

3-cü kurs tələbəsi vəfat etdi

1 avqust – Azərbaycan Əlifbası Günüdür

“Alya”nın ilk sevgisi o olacaq

Layiqdir ən uca hörmətə Zabit - FOTO

Xəlil Mirzə : Sadəcə, qələmim yazmağındadır - FOTO

ƏDƏBİ ÖDÜLLƏRİM...

İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

İtaliya İspaniya ilə Şengen vizasını dayandırdı

Ronaldo evlənir?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31