Sərhədə cəmləşdirilmiş qoşunlar hərəkətə keçdi
Rusiya hərbi texnikanı Ukrayna ilə sərhədə yaxınlaşdırmağa davam edir. Bunu son günlər sosial şəbəkələrdə yayımlanan videoları tədqiq edən Conflict Intelligence Team də (Münaqişə Kəşfiyyat Komandası ) təsdiqləyir. Əsasən 1-ci Qvardiya Tank Ordusunun bölmələrinin Voronej yaxınlığındakı poliqondan sərhədə qədər irəlilədiyi iddia olunur.

Əvvəllər xəbər verildiyi kimi, dekabrda bu ordunun texnikası Voronejdən cənubda yerləşən Poqonovo poliqonuna gəlib. Son günlər sosial şəbəkələrdə yayılan bir neçə videoda Belqorod vilayətindəki stansiyalarda bu ordunun hərbi texnikası görünüb. CIT qeyd edir ki, söhbət təkcə Voronej yaxınlığında yerləşən avadanlıqlardan deyil, həm də Moskva yaxınlığından gələn əlavə texnikadan gedir.

Sərhədə cəmləşdirilmiş qoşunlar hərəkətə keçdi


Turaztv.az virtualaz.org-a istinadən bildirir ki, başqa videolarda CIT mütəxəssisləri hərbçilərin Smolenskdən Bryansk vilayətinin cənubuna - həm də Ukrayna ilə sərhədə köçürülməsini də müşahidə ediblər. Bundan əvvəl Bryansk vilayətində Rusiya ordusunun əsas zərbə qüvvələrindən biri olan Pskovdan olan 76-cı hava-desant diviziyasının texnikası da diqqət çəkib.

Avadanlıqların Rusiya ərazisi ilə ötürülməsi Belarusda Rusiya hərbçilərinin və texnikasının iştirakı ilə keçirilən irimiqyaslı hərbi təlimlər, eləcə də Qara dənizdə bu gün başlayan və bir neçə iri desant gəmilərinin iştirakı ilə hərbi dəniz təlimləri fonunda baş verir.

ABŞ hakimiyyətinin nümayəndələri kəşfiyyat məlumatlarına istinadən son günlər bəyan edirlər ki, Rusiya irimiqyaslı hücuma başlamaq üçün Ukrayna ilə sərhədlər yaxınlığında özünün zərbə hissələrini cəmləşdirməyi praktiki olaraq yekunlaşdırıb . Qərb ölkələri narahtdır ki, hücum "istənilən vaxt" baş verə bilər.

Sərhədə cəmləşdirilmiş qoşunlar hərəkətə keçdi


Ukrayna sərhədləri yaxınlığındakı rus qoşunlarının ümumi sayının 120 mini keçdiyi təxmin edilir. Almaniyanın "Spiegel" nəşri və bir sıra Britaniya mediası kəşfiyyat məlumatlarına istinad edərək, işğalın fevralın 16-da başlaya biləcəyini iddia ediblər. Rəsmi Vaşinqton dəqiq tarixləri açıqlamayıb. Ağ Ev və Dövlət Departamenti Rusiyanı diplomatiya yolunu seçməyə inandırmaq imkanlarına hələ də inandıqlarını bildirirlər. Eyni zamanda, ABŞ öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.

Sosial şəbəkələrdə yayılmış son videokadrlarda habelə Rusiyanın onlarla döyüş vertolyotunun tam döyüş təchizatı ilə Ukrayna istiqamətində uçduğu əks olunur. Daha əvvəl də Rusiyanın hücum vertoyotlarını sərhədə yaxın ərazilərə yerləşdirdiyinə dair kadrlar yayılmışdı.

Son xəbərlər

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Vahid ÇƏMƏNLİ : Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Sərnişin daşıyıcılarına veriləcək subsidiya ilə bağlı qərar

Hüseyn 6 il həbs oluna bilər

"Sığınacaq" izləyicilərinə pis xəbər

Quba filialının məzunu MİQ imtahanlarında Respublika birincisi oldu - FOTOLAR

Tanınmış araşdırmaçı-jurnalist Mehriban Əmrullayeva şöbə müdiri təyin olunub

Şərur sakini arvadını öldürdü

3-cü kurs tələbəsi vəfat etdi

1 avqust – Azərbaycan Əlifbası Günüdür

“Alya”nın ilk sevgisi o olacaq

Layiqdir ən uca hörmətə Zabit - FOTO

Xəlil Mirzə : Sadəcə, qələmim yazmağındadır - FOTO

ƏDƏBİ ÖDÜLLƏRİM...

İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

İtaliya İspaniya ilə Şengen vizasını dayandırdı

Ronaldo evlənir?

“Onu tanımıram, “Ahbap”a heç vaxt ianə etməmişəm”

Nolanı belə təbrik etdilər - Fotolar

“Doğru zamanda, doğru qərar verdim”

Sənin hər nəfəsin el məhəbbəti - FOTO

Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31