Xəbərlər
24.12.2021, 19:11
Tarixi dəyişən, yeni reallıqlar yaradan Müzəffər Ali Baş Komandan

24dekabr günü xalqımızın tarixində əlamətdar bir gündür. Çünki, bu tarixdə (24.12.1961) Azərbaycanı işıqlı gələcəyə doğru aparacaq, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi İlham Heydər oğlu Əliyev dünyaya gəlib. İlham Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə peşəkar diplomatlar hazırlayan və dünyanın ən nüfuzlu ali məktəblərdən biri hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Dünyanın nüfuzlu dövlət xadimlərindən biri kimi formalaşmasına səbəb olmuş, dərin elmi bilik və zəngin təcrübəni özündə birləşdirən peşəkar fəaliyyəti isə Prezident İlham Əliyevə Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Uzun illər Heydər Əliyevin siyasi kursunu öyrənən İlham Əliyev Ulu Öndərdən sonra onun müqəddəs yolunu, siyasi xəttini, strategiyasını layiqli şəkildə davam etdirməyə başladı. 2003-cü ildə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev namizədliyini irəli sürsə də səhhətində yaranan problemlərlə bağlı öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü və Azərbaycan xalqına aşağıdakı müraciəti etdi:
“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Beləliklə İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilir. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verir. 2008-ci il oktyabrında, 2013-cü il oktyabrında və 2018-ci il aprelində keçirilən prezident seçkilərində də xalqın yüksək siyasi fəallığı şəraitində İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilir. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair beynəlxalq əməkdaşlıq əlaqələri dayanmadan artırılıb. Bir sıra ölkələrlə müqavilələr imzalanıb. Ordunu ən müasir silahlarla təchiz etmək üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik və siyasi səylər göstərilmişdir. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Azərbaycanda müdafiə sənayesi yaradıldıqdan sonra Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi dəyişən, yeni reallıqlar yaradan sərkərdə kimi öz adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı.
Zəfər Yürüşünün Ali Baş Komandanı, Azərbaycan Respublikasının və bütün dünya azərbaycanlılarının prezidenti, Müzəffər Sərkərdə İlham Əliyevi 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan gəncliyinin nümayəndəsi kimi səmimi qəlbdən təbrik edir, dəyərli prezidentimizə uzun ömür can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıram.
Anar Salehoğlu
ADPU-nun tələbəsi, YAP Yevlax rayon təşkilatının üzvü, İctimai fəal

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay