
Xəbərlər
23.08.2019, 10:25
Elektrik qatarlarından istifadə edənlərin nəzərinə

Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-a verilən məlumata görə, 26 avqust tarixindən 15 sentyabra qədər Sabunçu dəmir yolu stansiyası ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.
Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.
Tunelin inşası başa çatanda Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










