
Xəbərlər
1.06.2019, 14:00
Bakı-Sabunçu qatarında gedişhaqqı belə ödəniləcək
Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilib.
Turaztv.az Sonxeber.az-a istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, iyunun 3-dən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.Plastik kartlar Bakı-sərnişin stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













