
Xəbərlər
27.05.2019, 15:00
Fanatları Bakıdan Tbilisiyə aparmaq üçün əlavə qatar təyin edildi
Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunundan sonra azarkeşlərin Bakıdan Tbilisiyə daşınması məqsədi ilə 30.05.2019-cu il tarixdə hərəkətdə olan 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarından başqa, əlavə 48 nömrəli Bakı-Tbilisi sürət qatarı təyin edilib.
Turaztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yollarından verilən məlumata görə, qatar Bakıdan 30.05.2019-cu il tarixdə saat 8:00-da Tbilisiyə yola düşəcək. Həmin qatara biletlər dəmir yolunun bilet kassalarında və “online” vasitəsi ilə əldə oluna bilər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













