“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub
Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa Səfirləri və Aİ-nin maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu keçirilib.[b][/b]

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdır.

Tədbir ölkədə mühüm sahələrdən biri sayılan kənd təsərrüfatının dəstəklənməsinə yönəldilib.

İkigünlük tədbirin məqsədi - Bakıda İT və startap icmalarının nümayəndələrini regionlardan olan qida məhsulları istehsalçıları ilə bir araya gətirərək, aqroturizm və yerli ərzaq məhsulları istehsalı ilə bağlı ən vacib problem və imkanlar barədə iştirakçıları məlumatlandırmaqdır.

Tədbiri giriş sözü ilə açan Peter Mixalko Avropa İttifaqının gənclərin inkişafına böyük önəm verdiyini vurğulayıb: "Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində əhəmiyyətli rol oynayır və çoxlu sayda kiçik istehsalçılarla səciyyələnir. Biz hökumətin kiçik istehsalçıları miqyas iqtisadiyyatına nail olmaq, məsləhət xidmətləri göstərərək bacarıqlarını artırmaq və maliyyəyə çıxışı asanlaşdırmaq üçün əməkdaşlığa və birgə işləməyə təşviq edən səylərini dəstəkləyirik. Mən gənclər tərəfindən kənd təsərrüfatı mövzularına bu qədər böyük maraq göstərdiklərini və onların mövcud potensialdan istifadə edərək öz ideyaları vasitəsilə problemlərə innovativ həllər tapmağa töhfə verə biləcəklərini görməkdən çox şadam”.

Bakı Qida Haktonunda iştirakçı komandalara dəstək, kömək üçün yerli və xarici təcrübəli mentorlar tədbirə cəlb olunub.

Qeyd edək ki, qalibi aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçiblər. Münsiflər arasında “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev, Aqrar İnnovasiya Mərkəzinin (AİM) direktor müavini Anar Cəfərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova olub.

Baki Qida Haktorunun qalibi Agrinova komandası 5000, ikinci yeri tutan Stockfish 3000 və üçüncü yeri tutan Agrodel komandası 1000 avro qazanıb.

Diqqətə çatdıraq ki, müraciət formasını ümumilikdə 144 nəfər doldurub və onlardan ümumilikdə 55 nəfər olmaqla 13 komanda seçilib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların təcrübəli olması, təklif edilən həll yollarının innovativ və təsir gücünün real olması kimi meyarlar əsas götürülüb.
“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub
“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub
“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub
“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub
“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub
“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub
“AgriVision” layihəsi çərçivəsində Bakı Qida Hakatonu təşkil olunub

Son xəbərlər

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31