Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il sentyabrın 3-də imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Son xəbərlər

Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb

DÇ-2026: Xorvatiya - Qana və Panama - İngiltərə oyunlarına start verilib

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Generaldan AÇIQLAMA

Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

"Möhtəşəm zərbə ilə görüşü tamamladım" - Rafael Fiziyev

MƏMMƏD QƏDİR : A Məmməd, rəhmət yenə çöldəki şeytanlara - FOTO

Bu ovqat səninçün bir peşə, Vahid - FOTO

Azərbaycan cüdoçuları Çexiyadakı turnirdə 3 medal qazanıblar

Tanınmış alpinist infarkt keçirdi - Foto

İsti hava xəbərdarlığı “isti hava” konfransını təxirə saldı

Venesuelada ölənlərin sayı - 1430-a çatdı

Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”

4 ildir sevgili olsalar da, evlənmək istəmir

DÖYÜŞ YOLDAŞLARIM... - Xatirə-oçerk

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Çovdar çörəyinin bilinməyən faydaları

Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930