Mirşahin sensasion görüntülər yaydı - Video
Real TV Azərbaycanda mühacir biznesi ilə bağlı şok görüntülər yayıb.

"Yeni Sabah” xəbər verir ki, videoda bəlli olur ki, bir müddət əvvəl hüquq-mühafizə orqanları "Gəncliyin Elmi-Mədəni inkişafı” İctimai Birliyində əməliyyat tədbiri keçiriblər.

Təşkilatın Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən ofislərindən çoxlu sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də müxalif yönümlü siyasi partiyalara, AXCP və Müsavat-a məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb.
Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri bu əməlləri bir sıra bizə bəlli olan konkret ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları ilə maddi maraq zəminində həyata keçirib. O da məlum olub ki, xarici ölkələrə göndərilmiş şəxslər guya Azərbaycanda təqib olunmaları, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif təzyiqlərə məruz qalmalarını əks etdirən saxta sənədləri Qərb ölkələrinin müvafiq dövlət orqanlarına təhvil verərək "siyasi mühacir” statusu alırlar.

Mütəşəkkil dəstə şəklində birləşən GEMİ, "YES TRAVEL” 2017-ci ildən etibarən yaşamaq üçün xarici ölkələrə gedən və ya turizm səfərləri edən ayrı-ayrı Azərbaycan vətəndaşlarnın qanunsuz miqrasiyasını təşkil etmək məqsədilə xarici dövlətlərin səfirliklərindən qeyri-qanuni vizaların alınması üçün tələb olunan rəsmi sənədləri saxtalaşdırırmışlar.

Ofisdən 100-dən artıq dövlət qurumu və ayrı-ayrı təşkilatın möhürləri tapılıb. Necə deyərlər Vahid pəncərə yaradıblar. İstənilən sənədi hazırlamaq üçün istənilən dövlət qurumunun ixtiyarını imitasiya edə biləcək mexanizmə, alətlərə, avadanlıqlara malikdirlər.

"Təsəvvür edin: onlara kimisə siyasi mühacir kimi xaricə göndərmək lazımdır. Bəs xaricdə Siyasi mühacir kimi tanınmaq üçün nə tələb olunur? Tutaq ki, təzyiqə məruz qaldığını sübut edən arayış. Buyurun. Belə bir sənədi tərtib etmək üçün lazım olan hər növ imkan, zəruri blank forması, müvafiq möhür və ya ştamp var. Qalır imza qoymaq. O məsələ də öz həllini tapır”.

Mütəşəkkil qrupun möhür, ştamp, blank və s. kolleksiyası zəngindir. Demək olar ki, Azərbaycan Respublikasının hər növ və müxtəlif təyinatı qurum və təsisatlarının ixtiyarı burda klonlaşdırılıb. 100-ə yaxın adda, möhürdə, ştampda, blankda...

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis idarəsinin dairəvi möhürünə də, Xarici İşlər nazirliyi, Konsulluq İdarəsi-dairəvi möhürünə də, Azərbaycan Respublikası Azərbaycan Xalq Cəbhəsi Partiyasının dairəvi möhürünə də, Müsavat partiyasının dairəvi möhürünə də malik olublar...

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031