Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilibOktyabrın 19-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən İKT, tikinti, qida və sair sahələrdə fəaliyyət göstərən 50-dək iş adamı iştirak edib.


Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm və sair sahələrdə də tərəfdaşlıq inkişaf edir.

Nazir müavini Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verib, slovakiyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.

Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb. İvan Korçok ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, sahibkarların iştirakı ilə keçirilən bu cür tədbirlərin işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev xarici investisiyaların təşviqi məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın xarici iş adamlarına və investorlara ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

Son xəbərlər

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031