Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilibXarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Turaztv.az xəbər verir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Serbiya Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə ediblər.

Tərəflər Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin uğurla inkişaf etdiyini qeyd ediblər.

Görüşün sonunda nazirlər tərəfindən bir Saziş və iki anlaşma memorandumu, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu”, “Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” sənədləri imzalanıb.
Qeyd etmək istərdik ki, eyni gündə AR Müdafiə Sənayesi Naziri Mədət Quliyev və Serbiya Müdafiə Naziri Neboyşa Stefanoviç arasında “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Hərbi-Texniki əməkdaşlıq haqqında saziş” imzalanıb.
Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib
Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib

Son xəbərlər

Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.

BİR BALACA ŞAİRİN TƏQDİMATI.

Dəyər öz ünvanını taparsa...

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Çimərlik futbolu üzrə Azərbaycan millisindən ikinci qələbə

1 yaş “qocalması” üçün bütün komanda çalışdı - Foto

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi yekunlaşdı

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH

Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Finaldan əvvəl Dünya Kubokunun qalibi açıqlandı

Flora Kərimovanın səhhəti pisləşdi

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik

İlyas Yalçıntaş saxlanıldı

Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar

Serialda sevgili olmuşdular - 4 illik eşq bitdi

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Yeraltı”da yeni aktrisa

Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

Bu ərazilərdə işıq olmayacaq

Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031