
Xəbərlər
5.10.2021, 00:33
İşçilər "Facebook"un binasına daxil ola bilmir - FOTO
“Facebook” şirkətinin işçiləri problemi öyrənmək və vəziyyəti qiymətləndirmək üçün şirkətin binasına daxil ola bilmirlər.
"Turaztv.az" "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu barədə “New York Times” nəşrinin müxbiri Şira Frenkel məlumat verib.
Onun sözlərinə görə, işçilərin binaya giriş kartı şirkətin qapılarını açmır.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində problem yaranıb. Problem ABŞ, Böyük Britaniya, həmçinin Kanada, Niderland, Almaniya, İtaliya, Fransa, Rusiya və s. ölkələrdə müşahidə olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













