Xüsusi ehtiyat fondlarının yaradılmasına dair qayda təsdiqlənib 2 oktyabr Vergi Məcəlləsinə əsasən, banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər.

Nazirlər Kabinetinin 2021-ci il 23 sentyabr tarixli Qərarı ilə “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası” təsdiq edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumata əsasən, qaydalar banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması məsələlərini tənzimləyir. Belə ki, qaydalara görə, bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Digər hallarda isə verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Bundan başqa, qaydalarda banklar tərəfindən aktivlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması ilə bağlı məsələlər də tənzimlənir.

Belə ki, banklarda xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edildiyi və ya aid edilmədiyi hallar, o cümlədən həmin məbləğlərin keyfiyyət meyarına (qeyri-qənaətbəxş, gecikmə müddətinə görə aktivlərin təsnifatı qənaətbəxş aktivlər olduğu halda həmin aktivlərin keyfiyyət meyarına görə, qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər üzrə) görə gəlirdən çıxılmadığı hallar da qaydalarda müəyyən edilib.

Son xəbərlər

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Raqif Nazimoğlu : Süni intellekt oğruları - FOTO

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31