
Xəbərlər
25.09.2021, 20:41
İtaliya A Seriyası: “Milan” növbəti qələbəsini qazanaraq liderliyə yüksəlib
Sentyabrın 25-də futbol üzrə İtaliya A Seriyasının 6-ci turunun oyunlarına start verilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, turun açılış görüşündə çempionluğa iddialı “Milan” səfərdə autsayder “Spezia” klubunun qonağı olub.
Görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Stefano Piolinin yetirmələrinin heyətində Daniel Maldini (48), Brahim Diaz (87), “Spezia”nın heyətində isə Daniele Verde fərqləniblər.
Bu qələbə sayəsində milanlılar xal ehtiyatını 16-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəliblər. “Spezia” isə dörd xalla 17-ci yerdə qərarlaşıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











