Ulu Öndər Heydər Əliyevin siyasəti müqəddəs siyasətdir!

Bu siyasət Azərbaycan xalqını, dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və xalqımızın rifahı naminə həyata keçirilən ən böyük siyasətdir. Elə ona görə də günümüzdə cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən və Ulu Öndərin təməlini qoyduğu siyasət ölkəmizi davamlı və dayanıqlı inkişafını təmin edir. Məhz həmin müqəddəs siyasət Azərbaycanı 44 günlük vətən müharibəsində qələbəyə çatdırdı. Ümumilli Lider Heydər Əliyev tərəfindən əsaslı qoyulmuş hərb strategiyası Azərbaycanın Müzəffər ordusunun dünya orduları arasında ön sırada yer almasına imkan yaratdı. Müasir Azərbaycanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin neft strategiyası ölkəmizin iqtisadi gücünün artmasına əsaslı şəkildə təsir etdi. Gələcək nəsillərin yaxşı yaşamasını, onların davamlı inkişaf edərək Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etmələrini düşünən Ulu Öndər öz fəaliyyətində həmişə gənc nəsilə böyük önəm verirdi. Öz xilaskarlıq missiyası ilə qədim tarixi köklərə malik olan Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq uğrunda kəskin mübarizə aparan Ulu Öndər Azərbaycan xalqına böyük bir gələcək vəd etdi və bu vədi yerinə yetirdi. Bu gün cənab prezident İlham Əliyev Ümummilli Liderimizin siyasətini layiqincə davam yetirir. Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu artıb və artmaqda davam edir. Heç şübhəsiz ki, yaxın gələcəkdə ölkəmiz inkişaf etmiş ölkələr sırasına daxil olacaq. Cənab prezidentin rəhbərliyi altında Azərbaycanın inkişaf dinamikasını izləmək fikrimizin əsaslı fikir olduğunu sübut edən ən əsas amil kimi qiymətləndirilə bilər.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində əldə etdiyi qələbə ərazi bütövlüyümüzün təmin edilməsinə, 30 illik işğalın sona çatmasına səbəb oldu. Bu qələbə dünya tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan haqq savaşı apardı və qalib gəldi. Müzəffər Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi şücaət bütün dünyanı heyrətə gətirdi.

Bu gün dövlətimiz qarşısında duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasıdır. 1 milyondan çox qaçqın və məcburi köçkün öz ata-baba yurdlarına tez bir zamanda geri qaytarılmalıdır. Bu istiqamətdə cənab prezident İlham Əliyev tərəfindən müxtəlif sərəncam və qərarlar verilmiş, icrası üçün adiyyatı orqanlar təlimatlandırılmışdır. Kiçik zaman çərçivəsində erməni vandallarının vəhşiliklə dağıtdıqları şəhər və rayonlarımızın tam bərpa edilərək yeri əhalinin həmin ərazilərə köçürülməsi gözlənilir.

Anar Salehoğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi

Son xəbərlər

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031