
Xəbərlər
18.08.2021, 01:14
İspaniyanın yüksək dağlıq əyalətində ən böyük yanğın baş verib
İspaniyanın ən yüksək dağlıq əyaləti olan Avilanın Navalmoral de la Syerra bələdiyyəsində 12 min hektar meşə sahəsini məhv edən yanğın baş verib. Bu, cari ildə İspaniyada baş verən ən böyük yanğındır.
AZƏRTAC xəbər verir ki, yanğın səkkiz şəhərin evakuasiyasına səbəb olub.
Ekoloji keçid məsələləri üzrə nazir Teresa Riberanın sözlərinə görə, burada üç amil - region üçün rekord həddə temperatur (40 dərəcəyə yaxın), 30 faizdən az olan rütubət və saatda 45 kilometrdən 60 kilometrə qədər davamlı küləklər bir araya gəlib. Meşə yanğınları qlobal istiləşmənin Aralıq dənizi iqlimi olan ölkələrdə iqlim dəyişikliyinin ən dramatik nəticələrindən biridir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












