
Xəbərlər
8.07.2021, 00:00
Gəncədə yağış suları evlərə dolub
Yağıntılı hava şəraiti Gəncə şəhərində fəsadlar törədib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Məhsəti qəsəbəsində bir neçə sakinin evinə və həyətinə sel suları dolub.
Qeyd edək ki, bu qəsəbədə dəfələrlə eyni fəsad yaranır. Sakinlərin sözlərinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülmür. Hazırda Qərb bölgəsində yağıntı hava şəraiti müşahidə olunur.![]()

![]()
![]()
![]()
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









