“Avro-2020”: Danimarka millisi Bakıda Çexiya yığmasını məğlub edərək yarımfinala yüksəlibFutbol üzrə Danimarka millisi Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, iyulun 3-də turnirin dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşıblar.


Çexiya millisinin heyətində meydana Tomaş Vaclik, Yan Boril, Tomaş Kalas, Ondrey Çelustka, Vladimir Soufal, Tomaş Souçek (k), Tomaş Holeş, Petr Şevçik, Antonin Barak, Lukaş Masopust və Patrik Şik çıxıblar.

Danimarka yığmasının start heyətində isə Kasper Şmeyxel, Yannik Vesterqaard, Simon Kyer (k), Andreas Kristensen, Yoakim Mehle, Tomas Delaney, Pyer-Emil Hoybyerq, Yens Striqer, Mikkel Damsqaard, Kasper Dolberq və Martin Breytveyt yer alıblar.

Niderlandlı baş hakim Byörn Kuipersin idarə etdiyi oyuna Danimarka millisi daha fəal başlayıb. Skandinaviya təmsilçisi istəyinə oyunun 5-ci dəqiqəsində çatıb. Belə ki, danimarkalı futbolçu Tomas Delaney fərqlənərək “Avro-2020”də ilk qolunu vurub.

Matçın 42-ci dəqiqəsində Danimarka millisi hesab arasındakı fərqi artırıb. Kasper Dolberq komandasının ikinci qolunun müəllifi olub. Bu, K.Dolberqin “Avro-2020”də vurduğu üçüncü qoldur. Görüşün birinci hissəsi Danimarka seçməsinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəsinin əvvəlində təşəbbüsü ələ alan Çexiya millisi hesab arasındakı fərqi azaltmağı bacarıb. Qarşılaşmanın 49-cu dəqiqəsində Patrik Şik rəqib qapısına yol tapıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, 2:1 hesabı ilə qalib gələn Danimarka yığması “Avro-2020”nin yarımfinal mərhələsinə adlayıb.

Xatırladaq ki, “Avro-2020”nin D qrupunda yer alan Çexiya birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub etsə də, ikinci görüşdə Xorvatiya ilə heç-heçə edib – 1:1. Komanda qrupda sonuncu qarşılaşmada İngiltərəyə minimal hesabla uduzub. Çexiya seçməsi səkkizdəbir finalda turnirin favoritlərindən sayılan Niderlandı mübarizədən kənarlaşdırıb – 2:0.

Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar.

Danimarka millisi yarımfinalda İngiltərə-Ukrayna qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda baş tutacaq İngiltərə-Ukrayna oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı (2:0), Ukrayna isə İsveçi üstələyib – 2:1.

“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupu çərçivəsində Uels-İsveçrə (1:1), Uels–Türkiyə (0:2) və İsveçrə-Türkiyə (3:1) oyunlarına ev sahibliyi edib.

Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Yaponiyada güclü zəlzələ oldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Məmməd Qədir : Bezimdən keçib gəldim - FOTO

AXIRINCI KİMDİR? (Hekayə)

Çiyələk infarkt riskini azaldır

Etdiyi yaxşılıqlara görə Vaqif Qurbanova təşəkkürümüzü bildiririk - FOTO

Ölən dostlarının adını belə yaşadır - Foto

İlyas Yalçıntaş həbs edildi

Nurani komaya düşdü - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Almaniya və Fransa strateji əməkdaşlığı dərinləşdirir

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib

Bu yerlərdə işıq olmayacaq - Xəbərdarlıq

I kurs tələbəsi vəfat etdi

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031