Sosial qapılar kasıb zümrənin üzünə qapadılır - GƏLİŞMƏ


Təhsil naziri deyir ki, bəs küçə doludur bahalı maşınlarla, camaat maşın almağa pul verir, övladının təhsilinə pul vermir. Necə deyərlər, elçisi gülüm olanın başına külüm olar…

Bir az əvvəl də deyirdi ki, dövlət universitetlərində ödənişin həcmi azalsa, hamı ali təhsil alar…

Ölkədə təhsil haqqı orta hesabla 2500 manatdır. Müqayisə üçün deyim ki, qızımın təhsil aldığı Türkiyənin nüfuzlu Uludağ Universtetində təhsil haqqı 2000 lirədir, yəni 390 manat (ixtisaslara uyğun olaraq məbləğlər dəyişir). Eyni ixtisasa (psixologiya) görə, BDU illk təhsil haqqı 1800 manatdır. Nəzərə alın ki, qızım Türkiyədə əcəbi vətəndaş sayılır. Yəni yerli tələbələrə daha çox güzəşt edilir. Ən başlıcası isə, Uludağla BDU-nun reytinqi müqayisə etmək belə ayıbdır. Nəhayət, illik ödənilən 390 manatın da bir hissəsi dolayısıyla tələbəyə qaytarılır – universitetin yeməkxanasında yemək cəmi 70 qəpikdir. Üstəlik, tələbələərə ictimai nəqliyyatda 50 faiz güzəşt edilir…

O ki, qaldı küçənin bahalı maşınla dolu olması kimi mənasız arqumentə, o maşınların 90 faizi büdcə oğrularına məxsusdur və onlar övladlarını BDU-da yox, Avropanın ən bahalı universitetllərində oxudurlar. Hansı ki, onların 1 illik xərcinə 100 təzə maşın almaq olar. Orta statistik azərbaycanlılar yerli universitetlərə üz tuturlar və əksriyyəti uşaqlarının təhsilini dəstəkləmək üçün nəinki maşınını, hətta nişan üzüklərini də satırlar. Bəzən bu da kömək etmir. Son 5 ildə 10 minə yaxın tələbə pulsuzluqdan universitetdən qovulub. Bu statistika Avropa Universitetinin məzunu olan Emin Əmrullayevə yaxşı məlumdur. Ancaq nazir bu ildən təhsil haqqlarını aşağı salmaq haqda yox, əksinə, qaldırmaq haqda düşünür. Yəqin qaldıracaqlar – bir az əvvəl pensiya yaşı da artırıldı (65 yaş), ünvanlı sosial yardımın əhatə dairəsi daraldılar əlilləri kütləvi şəkildə “saxta” çıxardırlar. İndi də təhsil haqlarına əl gəzdirəcəklər.

Tibb Universitetində illik təhsil haqqı 5500 manatdır, nəinki kasıb, hətta orta statistik azərbaycanlının da büdcəsinə uyğun deyil. Özlərinin qarınları ağrayanda belə Türkiyə, İsrail və Avropa klinikalarına üz tuturlar. Elə sərt karantin dövründə ölkəyə həkim “idxal” edirdilər. Bəs hanı bahalı unuversitetin məzunları? Azərbaycanda ali təhsilin qısa düsturu belədir – bahalı və keyfiyyətsiz təhsil…

Təhsil haqqları isə rektorların korrupsiya maraqlarına xidmət edir. BDU-nun sabiq rektoru Abel Məhərrəmov işdən çıxarılanda obyektlərinin siyahısı yadınızdadır. Təhsil haqlarının oğurlanmması hesabına hətta uzaq İspaniya belə oğluna böyük biznes qurmuşdu…

Sosial ödənişlər azaldılır, pensiya yaşı artırılır, təhsil bahalaşır. Bir sözlə, sosial qapılar kasıb zümrənin üzünə qapadılır. Ancaq müharibə yenidən başlasa, o kasıb uşaqlarını dərhal tapıb ön cəbhəyə göndərəcəklər, erməni gülləsinə tuş edəcəklər, sonra da “şəhidim var” deyib vətənşüvənlik edəcəklər. Və təbii ki, öz uşaqlarını tumanları altında gizlədəcəklər…

//istiqlal.az//

Son xəbərlər

İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb

Prezident Şuşaya getdi - Fotolar

Qurban Bayramı: şəhid analarının qəlbindəki müqəddəs İşıq

Solmaz Şirin : MÜSTƏQİLLİK BAYRAMI - FOTO

Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Qəzənfər Məsimoğlu : Dərdi sinəsində aparan kasıb - FOTO

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və sevincini ürəkdən paylaşırıq

Sənubər Səhər : Öyrəntilər həyatımıza nə qatır?

Abituriyentlərlə bağlı yeni tələ: Balları artırmaq adı ilə valideynləri necə aldadırlar?

Premyer Liqanın son iştirakçısı bəlli olur

Deputat: Regionların güclənməsi insanların doğma torpaqlarına bağlılığını daha da artırır – ŞƏRH

ULUXANLI MƏKTƏBİNİN SEVİMLİ MƏZUNLARI - FOTOLAR

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edilib

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub

"Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır" - Nazir

100 milyonluq ulduzu heyətinə qatmaq üçün transfer yarışına girdilər

Paşinyan: Ermənistandan yeni tranzit qaz kəməri keçəcək

“Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq müqavilə imzalanıb”

Çimərlik güləşi üzrə Azərbaycan millisi 4 medalla Avropa çempionu olub

Bu gün Azərbaycanda Müstəqillik Günüdür

Türkiyədə qurban kəsimlərində 13 mindən çox insan xəsarət alıb

Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?

İnfarkt keçirənlər illərdir bu dərmanları içir: faydasız imiş

Otlaqda dincələrkən başını ilan sancdı

ÜST: Konqonun şərqindəki müharibə Ebola epidemiyasının qarşısının alınmasını çətinləşdirir

“Gözlərinə baxıb bütün arqumentləri masaya qoyacağam”

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031