Xəbərlər
28.05.2026, 00:32
Çimərlik güləşi üzrə Azərbaycan millisi 4 medalla Avropa çempionu olub
Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyində Azərbaycan millisinin 4 üzvü fəxri kürsüyə qalxıb. Elcan Həsənov (60 kiloqram) və Ruslan Vəliyev (80 kiloqram) Avropa çempionu olublar. Finalda uduzan Rəşad Əliyev (70 kiloqram) və Elvin Hacıquliyev (80 kiloqram) isə gümüş medalla kifayətləniblər.
Beləliklə, Azərbaycan millisi yekunda 80 xalla komanda hesabında Avropa çempionu olub. Gürcüstan da eyni miqdarda xal toplasa da, yığmamız medalların əyarına görə qonşu ölkəni qabaqlayıb. Ukrayna isə 64 xalla 3-cü yeri tutub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay