
Xəbərlər
28.05.2026, 12:48
Solmaz Şirin : MÜSTƏQİLLİK BAYRAMI - FOTO
ƏZİZ XALQIM, MÜSTƏQİLLİK BAYRAMINIZ MÜBARƏK!
MÜSTƏQİLLİK BAYRAMI
Müstəqillik bayramındır
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır,
Yoxdur tənin, Azərbaycan!
Bu gün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!
Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!
Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!
Bütün dünya sənə heyran,
Qonaqların gəlir hər an.
Səninkidir bu gün dövran,
Yaşa, yetkin Azərbaycan!
Müsabiqə, yarış ötər,
Qələbəylə, şanla bitər.
Qarabağla sona yetər,
Dərdi-sərin, Azərbaycan!
Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!
Dövran sənin, Azərbaycan!
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır,
Yoxdur tənin, Azərbaycan!
Bu gün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!
Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!
Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!
Bütün dünya sənə heyran,
Qonaqların gəlir hər an.
Səninkidir bu gün dövran,
Yaşa, yetkin Azərbaycan!
Müsabiqə, yarış ötər,
Qələbəylə, şanla bitər.
Qarabağla sona yetər,
Dərdi-sərin, Azərbaycan!
Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!
Dövran sənin, Azərbaycan!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














