Ermənistanla sərhəd məsələsi Azərbaycanın xeyrinə həll olunacaq - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi müharibədən sonrakı siyasi proseslərdən gözləntilərə dair keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.

Sorğu Azərbaycanın bütün bölgələrini əhatə etməklə 600 şəxs arasında keçirilib.

Respondentlərin demək olar ki, yarısı (45,2 %) Zəngəzur dəhlizinin 1 il ərzində açılmasını gözlədiyi halda, dəhlizin 2-5 il ərzində açılacağını düşünənlərin çəkisi 24,6 %-ə bərabərdir.

Qarabağ və ətraf ərazilərdə mina siyasətinə dair rəyi öyrənilənlərin yarısı (50,7 %) hesab edir ki, hökumət beynəlxalq təşkilatları mina xəritələrinin açıqlaması üçün Ermənistana sanksiyalar tətbiq etməyə çalışmalıdır. Təxminən hər on respondentdən biri bu qənaətdədir ki, sərhədlərin müəyyənləşdirilməsi tezliklə yekunlaşmalı (7,6 %) və minaların təmizlənməsi istiqamətində xarici əlaqələr gücləndirilməlidir (9,4 %).

Respondentlərin əhəmiyyətli hissəsi (73,4 %) Azərbaycan-Ermənistan sərhədindəki prosesləri izləyir. Bu kateqoriyaya arasında Ermənistan-Azərbaycan sərhəd məsələsinin Azərbaycanın iradəsi ilə onun xeyrinə yekunlaşacağını düşünənlərin çəkisi 69,4 % təşkil edir.

Lakin respondentlərin müəyyən hissəsi (15,5 %) bu prosesin Ermənistan tərəfindən uzadılacağından narahatdır.

Respondentlərin 37 %-i erməni hərbi diversantlarının Bakıda məhkəmə prosesini mütəmadi qaydada, 21 %-i tez-tez, 16,5 %-i bəzən izləyir. Məhkəmə prosesini izləyənlərin daha çox hissəsi hesab edir ki, bu proses nəticəsində Azərbaycanın qanunlarına hörmət etmək istəyən ermənilər də insanlarımıza qarşı qəddarlığın cəzasız qalmayacağını dərk edəcək (35,7 %).

Digər geniş yayılmış qənaət bundan ibarətdir ki, məhkəmə prosesi qarşıdakı dövrdə ərazilərimizə keçmək istəyən diversant və ya terrorçulara mesajdır (30,8%).

Son xəbərlər

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930