Antisanitar şəraitdə olan süd məhsulları sexi aşkarlanıb – Foto
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xətai rayonu, Nobel prospekti, 84 ünvanında yerləşən süd və süd məhsulları istehsal edən sexə baxış keçiriblər.
Agentliyin məlumatında bildirilir ki, müəssisədə xam südü qəbul etmək və saxlamaq üçün xüsusi sahə mövcud deyil. Gətirilən xammal birbaşa sexdə quraşdırılmış pasterizasiya çəninə ötürülür. Bundan başqa, təhlükəsizlik göstəriciləri sayılan südün turşuluğu, pH və antibiotik test müayinəsi aparılmır.

Bəlli olub ki, xam südün alındığı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlər mövcud deyil. Müəssisədə eyni sahədə südün pasterizasiyası aparılır, xama, qatıq, dovğa, kərə yağı, kəsmik istehsalı həyata keçirilir.

Yoxlama zamanı müəssisədə südün qatılığının artırılması üçün məhsula qarğıdalı nişastasının vurulduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı müəyyən edilib.

Müəssisədə çənlərin iç hissəsində, pasterizə olunmuş südün və qablaşdırlan şor məhsulunun üzərində müxtəlif həşəratlar aşkar edilib. Müəssisənin sanitar-texniki və sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, işçilərin işçi geyimi ilə təmin olunmadığı, onların dövri tibbi müayinədən keçmədikləri müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir./bizimyol.info/

Son xəbərlər

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

İki güləşçimiz dünya çempionatının finalında - Fotolar

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031