Deputatdan toylarla bağlı ümidverən AÇIQLAMA : Avqustun 1-dən...Məlum olduğu kimi, mayın 25-də keçirilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirus pamdeniyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydaları yumşaldılıb.

Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunub. Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib. Həmin tarixdən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan başlayaraq isə çimərliklərin fəaliyyətinə icazə veriləcək. Eyni zamanda, iyunun 10-dan idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək.
Lakin 2020-ci ilin 15 martından etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlərin keçirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı müzakirələr aparılsa da, nəticə yoxdur.

Bu kateqoriyadan olan kütləvi tədbirlərə icazə nə zaman verilə bilər? Turaztv.az Metbuat.az-a istinadən xəbər verir ki, Trend-ə açıqlamasında deputat Naqif Həmzəyev bildirib ki, avqustun 1-dən ölkəmizdə toy məclislərinin təşkilinə icazə verilə bilər:

“İstənilən halda, restoranda insanların toplaşmağı mümkündürsə, orada sosial məsafə qorunursa, müəyyən qaydalar tətbiq edilirsə, say məhdudiyyəti ilə toy məclisləri də təşkil edilə bilər. Mən düşünürəm ki, yoluxma artmayacağı təqdirdə avqust ayının 1-dən sonra toyların keçirilməsi ilə bağlı bir qaydanın verilməsinin şahidi olacağıq. Çünki artıq yoluxma sayı azdır, vaksinasiya tədbirləri həyata keçirilir, vaksinasiyada kütləvilik müşahidə olunur. İnsanlar COVID-19 pasportu əldə etmək istəyirlər. Düşünürəm ki, ən qısa vaxtda xoş xəbər eşidəcəyik. Bizim vətəndaşlarımız öz xeyir işlərini edə biləcəklər”.Deputat əlavə edib ki, toy təşkilatçıları və qonaqlardan COVID-19 pasportu tələb oluna bilər: “COVID-19 pasportu hər yerdə, o cümlədən toylarda da tətbiq edilə bilər. Ancaq burada məsuliyyət həmin toyda iştirak edən vətəndaşların üzərində qalır. Çünki toy sahibi müraciət edəcək ki, gələn şəxsdə COVID-19 pasportu olsun. Orada aidiyyəti qurumlar tərəfindən istənilən şəxs yoxlanıla bilər. Əgər koronavirus pasport olmazsa, həmin şəxs cəzalandırıla bilər. Ancaq məsuliyyət həmin şəxsin üzərinə yox, toy iştirakçılarının üzərinə düşəcək. Hesab edirəm ki, artıq insanlarda da məsuliyyət var. Məncə, bununla bağlı heç bir problem olmayacaq. Çalışaq ki, daha az, 50-100 nəfər çərçivəsində bu tədbirlərin keçirilməsinə icazə verilsin. İnsanlarımız da ailə qurub xoşbəxt olsunlar”.

Son xəbərlər

Sərnişin daşıyıcılarına veriləcək subsidiya ilə bağlı qərar

Hüseyn 6 il həbs oluna bilər

"Sığınacaq" izləyicilərinə pis xəbər

Quba filialının məzunu MİQ imtahanlarında Respublika birincisi oldu - FOTOLAR

Tanınmış araşdırmaçı-jurnalist Mehriban Əmrullayeva şöbə müdiri təyin olunub

Şərur sakini arvadını öldürdü

3-cü kurs tələbəsi vəfat etdi

1 avqust – Azərbaycan Əlifbası Günüdür

“Alya”nın ilk sevgisi o olacaq

Layiqdir ən uca hörmətə Zabit - FOTO

Xəlil Mirzə : Sadəcə, qələmim yazmağındadır - FOTO

ƏDƏBİ ÖDÜLLƏRİM...

İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

İtaliya İspaniya ilə Şengen vizasını dayandırdı

Ronaldo evlənir?

“Onu tanımıram, “Ahbap”a heç vaxt ianə etməmişəm”

Nolanı belə təbrik etdilər - Fotolar

“Doğru zamanda, doğru qərar verdim”

Sənin hər nəfəsin el məhəbbəti - FOTO

Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31