DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə məlumat yayıb.

Məlumatda bildirilir:

“31 may tarixindən 8 iyun tarixinədək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə bağlanan və istiqaməti dəyişdirilən küçə və prospektlər barədə bir daha bildiririk:

F1 Bakı halqası istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorqe, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

- Bakı Zığ yolu - 8 Noyabr prospektilə hərəkət edənlər Nəcəfqulu Rəfiyev və Babək prospektləri vasitəsilə 10-cu Zavod Dairəsindən keçərək Gənclik metrosu istiqamətinə;

- Hava limanından Heydər Əliyev prospekti ilə gələnlər Koroğlu metrostansiyasından keçməklə mərkəzə doğru Nərimanov rayonu ərazisindən, həmçinin Dərnəgül yolu ilə hərəkət edə bilərlər.

- Afiyəddin Cəlilov – Mehdi Mehdizadə küçələri ilə Yusif Səfərov küçəsinin kəsişməsindən hərəkət sağa, 28 may və ya 10-cu Zavod Dairəsi istiqamətinə;

- 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Mikayıl Useynov küçəsilə Bayıl qəsəbəsinin daxili yolları ilə hərəkətlərini Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə doğru davam edə bilərlər.

- Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;

- Mehdi Hüseyn - Teymur Elçin küçələrindən hərəkət Şeyx Şamil küçəsi ilə kəsişmədən Lermontov küçəsinə hərəkətin əksinə və M.Axundov parkı ərazisi ilə hərəkət edən avtomobillərin Əhməd Cavad küçəsində əksinə hərəkəti nəzərdə tutulur.

- Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilib.

Yük avtomobillərinin sürücülərindən, onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzi istiqamətinə səfərlərini məhdudlaşdırmaqla alternativ yollardan istifadə etməyi, eləcə də bütün sürücülərdən DYP əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl etmələrini xahiş edirik.

Bununla yanaşı, bölgələrdən paytaxta gəlmək istəyən, o cümlədən şəhərdə şəxsi nəqliyyat vasitələri ilə hərəkət edən vətəndaşlarımıza yollarda sıxlıqların yaranmaması üçün, həmçinin mərkəzi küçə və prospektlərdə parklama imkanlarının azaldığını nəzərə alıb, ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edirik”.

Son xəbərlər

Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Yaponiyada güclü zəlzələ oldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Məmməd Qədir : Bezimdən keçib gəldim - FOTO

AXIRINCI KİMDİR? (Hekayə)

Çiyələk infarkt riskini azaldır

Etdiyi yaxşılıqlara görə Vaqif Qurbanova təşəkkürümüzü bildiririk - FOTO

Ölən dostlarının adını belə yaşadır - Foto

İlyas Yalçıntaş həbs edildi

Nurani komaya düşdü - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Almaniya və Fransa strateji əməkdaşlığı dərinləşdirir

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib

Bu yerlərdə işıq olmayacaq - Xəbərdarlıq

I kurs tələbəsi vəfat etdi

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031