Basqalın bir də yazarı var...

(terane@sonnoktahaber.com)

Qədim zamanlardan bugünkü günümüzə qədər əsrarəngiz İsmayıllı torpağının Basqal qəsəbəsi nadir istedada, qabiliyyətə malik - ən başlıcası isə insani keyfiyyətləri özündə cəmləşdirən insanlar yetişdirmişdir. Bu keyfiyyətlərlə onlar zaman-zaman xalqımızın formalaşan mədəniyyətinin, əxlaqi dəyərlərinin qorunub-saxlanılmasında misilsiz xidmətlər nümayiş etdirmişlər.
Basqal qəsəbəsinin İsmayıllı rayonunun qəsəbəsi olduğunu bəlkə də yazmağa ehtiyac yoxdur. Çünki dünyanın ən füsunkar guşəsi olan Basqal ilk növbədə ecazkar gözəlliyi, təbiəti, ələlxüsus qız-gəlinlərimizin, ana-bacılarımızın namus təcəssümü olan “kəlağayı"sı və kanovuz” yorğan üzü ilə tanınıb məşhurlaşmışdır. Basqal həm də ölkəmizə çoxlu qiymətli insan bəxş etmişdir. Onlardan Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, Azərbaycanda aerokosmik tədqiqatların və kosmik təbiətşünaslığın bünövrəsini yaradan, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Respublikasının ilk Dövlət katibi Tofiq İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Maqsud və Mais Cavadovlar, Bala İsgəndərov, İtaliyanın Milli Qəhrəmanı, “Harribaldi ulduzu”na layiq görülmüş Məmməd Bağırov, şair Davud Aslan, millət vəkili, bəstəkar Novruzəli Aslanov, ağsaqqalımız, hamımızın sevimlisi Miryavər Hüseynov, jurnalist Daşdəmir Əjdəroğlu kimi istedadlı və görkəmli şəxsləri göstərmək olar. Həmçinin çoxlu alim, söz-sənət adamı Basqalın şöhrətini bütün dünyaya bəyan etmişdir.
Bu yazımda mən sizinlə jurnalistika kimi ağır və şərəfli bir peşədə misilsiz xidmətləri ilə iz qoyan, dəyərli və düşündürücü yazıları ilə oxucularının daim maraq dairəsində olan, sənətinin məsuliyyətini dərindən dərk edən, yorulmadan çalışan, eyni zamanda İsmayıllı və ismayıllılıların hörmətini ucalara qaldıran nəhəng bir qələm əhli, hamımızın sevimlisi, dostumuz Daşdəmir Əjdər oğlu Tağıyev haqqında düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Daşdəmir Tağıyev Basqal qəsəbəsində dünyaya gəlib. Orta məktəbi əla qiymətlərlə bitirmiş Daşdəmir bu qəsəbədən pərvazlanaraq Bakıya gəlmiş, 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistuka fakultəsini bitirmişdir. Hələ orta məktəb illərindən başlayaraq yerli rayon qəzetində ara-sıra yazıları görünməyə başladı. Universiteti bitirdikdən sonra “Ədalət” qəzetində məsul katib, “Elin sözü” qəzetinin baş redaktoru vəzifələrində çalışdı. Azərbaycan mətbuatında fəaliyyət göstərən 150-dən çox qəzet və jurnala özü xeyir-dua verərək onların işıq üzü görməsində yaxından yardım göstərdi. Onlarla kitabın redaktorluğunu etdi. Eyni zamanda həmin kitablarda oçerkləri də dərc olundu.
Basqalın bir də yazarı var...

Daşdəmir Əjdəroğlu imzasıyla o, artıq 35 ilə yaxındır ki, tanınır və imzasına hörmət bəslənilir. Daşdəmir Əjdəroğlu jurnalistikaya gəlişini belə xatırlayır: “1977-ci ilin əvvəlləriydi. İsmayıllı rayonundakı “Zəhmətkeş” qəzeti ilə ara-sıra əlaqələr saxlayır, məktəbimizdə keçirilən tədbirlərdən, doğulduğum Basqal qəsəbəsində baş veən yeniliklərdən cızma-qaralarımı çap etdirirdim. Məktəbdəki sinif yoldaşlarım mənə həsədlə baxır, bəziləri də gözü götürməməzlikdən bu yazıları atamın yazdığını söyləyirdilər. Məqsədləri bu idi ki, hövsələdən çıxararaq onlarla yersiz mübahisə edim, mən isə təbii ki, bunu heç zaman etməzdim. Müəllimlərim də şagirdlərinin uğurlarına sevinir, mənim qələm sevincimə şərik olurdular”.
Diqqətinizə çatdırmaq istəyirəm ki, o dövrün mətbuatında çap olunmaq hər əlinə qələm alıb məqalə yazana qismət olmurdu. İxtisaslı jurnalistlər var idi ki, mətbuat səhifələrinə yaxın düşə bilmirdilər. Daşdəmir Əjdəroğlu da beləcə, bu çətin və şərəfli peşəni seçərək ürəyində uşaqlıq illərindən kök salan arzusunu reallaşdırdı. O, jurnalistikada ilk addımlarını atdığı gündən yazılarında taleyüklü məsələlərin, problemlərin həlli, mövcud çətinliklərin aradan qaldırılması işini gündəmə gətirdi. Sənətinə sonsuz məhəbbətlə vurğun olan Daşdəmir Əjdəroğlu aparıcı peşə kimi sayılan jurnalistikanı son dövrlərdə nüfuzdan salanlara, bu sənətə təsadüfi gələnlərə qarşı barışmaz mövqedə dayanmış, müxtəlif səpkidə sərt yazılarla onları ifşa tmişdir. O, prinsipial jurnalist mövqeyi ilə bu dövrə kimi toxunduğu mövzularda cəmiyyətimizdə təzahür edən müxtəlif anormal halların aradan qaldırılmasına nail olmuşdur. Daşdəmir hər birimizin qayğısını çəkir, kimin bir uğuru olsa, ona dərhal sevinir və onun haqında geniş məqalə hazırlayır, onu hər yerdə tanıtdırır. El arasında belə bir ifadə var: filankəsin üzündə Allah nuru var. Bu ifadəni o kəslər haqqında söyləyirlər ki, həmin insanlar ömür boyu xeyirli işlər görsünlər. Çöhrəsində xeyirli əməlləri təcəssüm edən Daşdəmir də belə insanlardandır.
Basqalın bir də yazarı var...

Daşdəmir ən çox sevdiyi peşəsi haqqında belə fikirdədir: “Jurnalist əməyi gözə görünən və eyni zamanda görünməyən əməkdir”. Onun görünüşü kimi, sevinci də anidir. Bu anilikdən xilas olmaq üçün qəzet səhifələrində ardıcıl imzan olmalıdır. Özünü də, başqalarını da narahat edən ictimai-siyasi problemlərə toxunmalısan. Artıq oxucu şeir, bədii əsər oxumaqdan yorulub, usanıb. Onlar hiss edirlər ki, heç birisi bu və başqa problemi həll etmək iqtidarında deyillər. Həyatda mövcud problemləri yalnız jurnalistika həll edə bilər. Jurnalist olmaq şərəfdir, şərəflidir. Başqa-başa obyektlərdə olursan, böyük şəxsiyyətlərlə görüşürsən, onların ürəklərinin səsini, düşünən beyninin cizgilərini vərəqə köçürürsən, ya da kameranın “yaddaşı”na alırsan. Hazırladığın materiallar geniş oxucu kütləsi tərəfindən seviləndə fərəhlənirsən, uçmağa qanad axtarırsan”.
Doğrudan da Daşdəmir Əjdəroğlu düşündürmək vasitəsi olan kəsərli silahı – yəni qələmi ilə geniş oxucu kütləsini narahat edən məsələləri qabarıq və geniş olaraq təsir edə biləcək səviyyəyə qaldırır. Bununla da əsas diqqəti zəruri məsələlərin həllinə yönəldə bilir.
O, eyni zamanda iki kitab müəllifidir. Bu çətin və şərəfli yolda dostuma, həmkarıma uğurlar, hər zaman sevinc, geniş oxucu kütləsi və qələminin daim kəsərli olmasını diləyirəm.
Qələmin daim yazar olsun, dəyərli dostum, qardaşım Daşdəmir!

Təranə CƏBİYEVA,
yazar-publisist
Bakı-Azərbaycan

Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930