İsmayıllıda zəlzələdən ziyan çəkən TƏNHA QADININ taleyi heç kimi marağlandırmır – VİDEO-MÜRACİƏT
Bildiyimiz kimi fevralın 5-də və 6-da baş vermiş zəlzələ İsmayıllı rayonunda da bir sıra fəsadlar törətmişdi - fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətin törətdiyi fəsadların ən qısa zaman ərzində aradan qaldırılması ilə bağlı dövlət başçısınin aidiyyatı qurumlara sərəncam və tapşırıqları dərhal gəldi. Hadisənin səhəri günü sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan kifayət qədər vəsaitin ayrılması haqqında Sərəncam imzalamışdı.

Bütün bunlara baxmayaraq hələ də qəzalı vəziyyətdə olan evlər var. Belə, qəzalı vəziyyətdə olan evlərdən biri də İsmayıllı rayonunun Basqal qəsəbəsində, Abbasova Əsmər Səfdər qızına məxsusdur.
Köməksiz, tənha yaşayan Əsmər xanım "Kainat.tv"-yə müraciət edib. Diqqətsizlikdən gileylənən Əsmər xanım ürəkyanğısı ilə qeyd etdi ki, mənim yaşadığım ev qəzalı vəziyyətdə olduğu halda, evə baxış keçirən Fövqəladə Hallar Nazirliyinin komissiya üzvləri və yerli nümayəndələr “EV QƏNAƏTBƏXŞDİR” – deməklə kifayətləndilər. Geri qayıdan zaman söylədilər ki, “PADVALA GİRMƏ HAA, EV UÇAR, QALARSAN ALTINDA”.

Əgər ev qənaətbəxşdirsə, bəs niyə uçsun ki?

Bax bu sual bizi hələ də düşündürür.

Əsmər Abbasova yeganə çıxış yolunu ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət etməkdə gördü.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Kainat.tv

Son xəbərlər

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

İlk çıxışında belə çağırış etdi

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm - FOTO

Zelenski Trampdan cavab gözləyir

Cenniferin keçmiş əri səkkizinci dəfə ata oldu

Bakının bu ərazisində işığın verilişində fasilə olacaq

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb

Elnarə Abdullayevaya ağır itki

İstidə ürək dayanmasına aparan əlamətlər – Bədən təhlükəni əvvəlcədən belə bildirir

Jurnalistika ilə yaşlanmaq...

Trampın təhdidlərinə İrandan cavab

Həsən Bəy Zərdabi kimdir? - Bu günümüzdə imzası olan əfsanə

Səhvən sevgilisinin şəklini paylaşdı - Foto

Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ: SÖZDƏN SÜNİ İNTELLEKTƏ UZANAN YOL VƏ AZƏRBAYCANIN İNFORMASİYA DİPLOMATİYASI

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031