"Manatın devalvasiyası qaçılmazdır" — AÇIQLAMA“Mərkəzi Bankın pulun üzərində diktaturanı inzibati yollarla gücləndirmək siyasəti Azərbaycana xarici sərmayə qoyuluşunda maneələri daha da artırır. Belə ki, ötən ilin əvvəlindən başlayaraq, hər bir Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilirdi. 12 ay ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satılmırdı, onlara tezliklə balansın sıfırlanacaqı və yenidən satışın bərpa ediləcəyi bildirilmişdi. Lakin 12 ay müddəti başa çatsa da, limiti aşan vətəndaşlara bildirilir ki, balans Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən də onlara dollar satılmır. Belə yanaşma əhali arasında dollar ajiotajı yaradır, qara valyuta bazarları yenidən aktivləşir, devalvasiya söhbətləri də artır”.

Demokrat.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

“Görünür ki, Mərkəzi Bank bununla əhalinin dollara tələbatını süni sürətdə aşağı salır. Əslində əhali arasında dollara tələbat pandemiya ilə əlaqədar olaraq xarici səfərlərin azalması səbəbindən aşağıdır. Bəs, onda Mərkəzi Bank nədən narahatdır?



Bu il Azərbaycanda xarici borclara xidmət üzrə öhdəliklərinin bütün səviyyələrdə (dövlət, özəl) kəskin artımı müşahidə olunur. Bu tendensiya növbəti illərdə daha da güclənəcək. Odur ki, manatın devalvasiyası qaçılmazdır, sadəcə zamanın məsələsidir” – Q.İbadoğlu qeyd edib.


Demokrat.az

Son xəbərlər

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək

BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatının ilk gününü 2 medalla bitiriblər

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

İran Trampın 8 qadınla bağlı iddiasını təkzib etdi

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930