Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi – ŞOKAzərbaycanda xarici valyuta alanlara nəzarət bir qədər də gücləndirilib.

"Turaztv.az" KONKRET.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına ünvanladığı təlimatda valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınması nəzərdə tutulur.
Artıq müştərilər baza məlumatları – ad-soyadla yanaşı, vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da (yəni hansı məqsədlə alındığı və necə sərf ediləcəyi) göstərməlidirlər.
Alınan valyutanın həcmi 500 dolları keçdikdə müştərilər xüsusi blankı doldurmalıdırlar.
Burada ad-soyad, ata adı ilə yanaşı, telefon nömrəsi, konvertasiya olunan vəsaitin mənbəyi və konvertasiya olanacaq vəsaitin istiqaməti (necə istifadə olunacağı) qeyd edilir. Başqa sözlə, dollar almaq üçün manatın mənbəyini, eləcə də alınan dolların (və ya başqa xarici valyutanın) necə sərf ediləcəyini göstərmək tələb olunur.
Alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür. Artıq bu halda müştəri təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Bunun üçün valyuta dəyişmə əməliyyatı zamanı bəzi sənədləri təqdim etmək lazımdır. Bütün bu məlumatlar Mərkəzi Bankdakı ümumi portala toplanılır və təhlil edilir.
Əgər müştəri alqı-satqı edibsə, yəni dollara çevirmək istədiyi manat məbləğini alqı-satqı nəticəsində əldə edibsə (məsələn, ev və ya digər əmlak satıbsa), notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini təqdim etməlidir. Həmin müştəri müqavilədə göstərilən həcmdə vəsait dəyişə bilər. Məsələn, 40 min manatlıq alqı-satqı edilibsə, o qədər dollar almaq olar və sair.
Əgər vəsaitin mənbəyi kimi əmək haqqı göstərilirsə, son bir ilin əmək haqqı barədə möhürlü arayış tələb olunur.
Banklardan FED.az-a bildirilib ki, təqdim edilən məlumatlar toplanaraq yoxlanılır. Əgər məlum olsa ki, müştəri bir gün ərzində bir neçə yerdən xarici valyuta alıb və bu məbləğ limiti keçir, məlumatlar araşdırılır, həmin şəxslə əlaqə saxlanılır və vəsaitin mənbəyi soruşulur. Əgər müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanıb tutulur.
Dövlət Vergi Xidmətindən isə bildirilib ki, belə hallarda həmin şəxslər vergi qeydiyyatına alınır, onlara VÖEN hesabı açılır. Mənbəyi göstərilə bilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir.

Son xəbərlər

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31