
Xəbərlər
20.04.2021, 00:18
Azərbaycanda 4-cü kurs tələbəsi intihar etdi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi Paşa Mehdiyev intihar edib.
Sfera.az-ın məlumatına görə, hadisə Tovuzun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Mehdiyevin hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.
Qeyd edək ki, özünü asaraq intihar edən tələbə AzDBTİA-da futbol ixtisası üzrə təhsil alırmış.
Faktla bağlı araşdırma aparılır.
(Qafqazinfo)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













