
Xəbərlər
13.09.2020, 10:57
Azərbaycanda 22 yaşlı qadın intihar etdi
Xaçmazda intihar hadisəsi baş verib.
"Turaztv.az"-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.
Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.
Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









