Ermənilərdən Azərbaycana qarşı növbəti İYRƏNC ADDIM - Yanvarın 20-nə PLANLAYIBLARÖz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş xalq - azərbaycanlılar və gürcülər arasında münasibətlərə xələl gətirməyə cəhd edirlər.

Turaztv.az panoram.az-a istinadən xəbər verir ki, ermənilər bu dəfə xeyriyyə konserti təşkil edəcəkləri və bu konsertdə tanınmış gürcü müğənnilərin də iştirak edəcəkləri barədə yalan məlumat yayıblar.

Belə ki, ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də "artsax beynəlxalq həmrəylik" adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib. Elanda tədbirdən toplanacaq vəsaitin "Hayastan" ümumermənistan fonduna ödəniləcəyi və qondarma "artsax"ın "xalqı" üçün xərclənəcəyi bildirilib.

Təşkilatın məlumatına görə, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak edəcəklər.

Ötən gün təşkilat Feysbuk səhifəsində tədbirə qatılacaq Gürcüstandan olan müğənnilərin siyahısını yayıb. Amma məlum olub ki, gürcü müğənnilər xeyriyyə tədbirindən məlumatsızdırlar.

Tiflisdəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva adıçəkilən tədbirlə bağlı gürcü müğənnilərlə əlaqə saxlayıb. L.Əliyeva Azərtac-a bildirib ki, adları siyahıya daxil edilən müğənnilər Salome Korkotaşvili və Sopo Batilaşvili ümumiyyətlə bu konsertdən xəbərsizdirlər. Hər iki müğənni konsertdə iştirak edəcəkləri barədə yayılan məlumatı təkzib edib.

Bundan sonra S.Korkotaşvilinin Feysbuk səhifəsində konsertə qatılmayacağı barədə məlumat yerləşdirib və bu məlumatdan sonra onun adı konsertin afişasından çıxarılıb.

Digər müğənni S.Batilaşvilinin də adı siyahıdan çıxarılıb.

L.Əliyeva bildirib ki, digər gürcü müğənni Ketato da pandemiya səbəbindən konsertdə iştirak edə bilməyəcək:

"Ən təəccüblüsü isə odur ki, gürcü müğənnilərin siyahısında birinci yerdə "Mepe" təxəllüslü İrakli Çarkvianinin adı göstərilib. Lakin müğənni 2006-cı ilin fevralında vəfat edib".

Xeyriyyə konsertinin keçiriləcəyi 20 yanvar tarixi də heç şübhəsiz, təsadüfən seçilməyib. Azərbaycan xalqının ümummilli hüzn günündə ermənilərin artıq mövcud olmayan qondarma rejimə yardım məqsədilə konsert təşkil etməsi onların növbəti həyasızlığıdır. Lakin ermənilərin təxribatçı cəhdlərinin hamısı uğursuzluğa məhkumdur.

Son xəbərlər

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031