
Xəbərlər
18.12.2020, 23:50
SON DƏQİQƏ: Şuşada DƏHŞƏTLİ HADİSƏ - RUS ZABİTİ ÖLDÜ
Rusiya ordusunun zabiti Dağlıq Qarabağda - Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.
Turaztv.az AZSABAH.COM-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.
"17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb", - Müdafiə Nazirliyində bildirilib.
Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar ermənilər tərəfindən basdırlıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













