Vətən müharibəsində itən 2 generalın sirri...


Son aylar yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşır. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmayıb.

On illərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması bu gün naməlumdur. Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov ordudan uzaqlaşdırıldığını gizlətmir, amma harada olduğunu da açıqlamır. “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”- o, yerli mətbuata açıqlamasında bildirib. Belə ehtimallar var ki, Rövşən Əkbərov müharibədən bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Onun hazırda Ukraynada olması haqda iddialar var.

1993-cü ildən Müdafiə Nazirliyinin baş qərargah rəisi olan Nəcməddin Sadıkov da Vətən müharibəsinin ilk ongünlüyünə qədər vəzfəsini icra edirdi. Oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıkov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Elə həmin gündən Nəcməddin Sadıkovun barəsində də məlumat yoxdur.

İki gün əvvəl Nəcməddin Sadıkovun bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub. Maraqlıdır ki, Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun bacısı oğlunun tutuduğu vəzifədən azad edilməsi haqda məlumatı təsdiq edir, amma onun özü taleyi ilə bağlı açıqlama verməyə tələsmir. Vəzifəsindən çıxarılan Ramil Əsgərovun da istintaqa cəlb ediləcəyi dolaşan xəbərlər sırasındadır.

Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbəddə adına küçənin olması baş qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub.

Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, 1-ci Qarabağ müharibəsi dövründə azəbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır?

Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun 1-ci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlaırndan çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub.

Bu yaxınlarda Cümşüd Nuriyev Laf.Tv-yə açıqlamasında bu məsələni növbəti dəfə qaldıraraq Nəcməddin Sadıkovu satqın adlandırmışdı. Sadıkovun Rusiyadan gəlməsi və qısa müddətdə Azərbaycan Ordusu rəhbərliyində vəzifə alması təsadüfi olub? Onun rəhbərliyi altında o dövrdə olan uğurlar Sadıkovun yüksək vəzifəyə təyinatına görə baş tutmayıb ki? Yəni onun personasına diqqət çəkmək üçün, vəzifə yüksəlişi üçün səmimi münasibət sərgilədiyi Mikael Arutyunyanla danışılmış uğur olmayıb ki? Onun məhz 2-ci Qarabağ savaşının qızğın getdiyi günlərdə vəzifədən çıxarılması nədən xəbər verir?

Bu və bu cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb. Nəcməddin Sadıkov isə 2 aydan artıqdır ki, ortalıqda yoxdur. Hələlik Müdafiə Nazirliyindən 2 generalla bağlı iddialara dair heç bir rəsmi açıqlama verilmir.
“Yeni Müsavat”

Son xəbərlər

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

İki güləşçimiz dünya çempionatının finalında - Fotolar

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031