Bu xalqın sevgisi, duası halalın olsun!

Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. 30 illik işğal dövrü başa çatmaq üzrədir. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad edirlər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşib. Biz addım-addım böyük qələbəyə doğru irəliləməkdəyik.

Əslində dövlət başçısı xalqı bu qələbəyə neçə il idi ki, hazırlaşdırırdı. 2016-cı ilin aprelində Azərbaycan ordusu ermənilərin məğlubedilməzlik mifini darmadağın etdi. Bu ilin iyul təxribatında bir daha düşmənə açıq dərs verildi,burnu ovuldu. Təbii ki, İlham Əliyev təcrübəli diplomat kimi müharibəni siyasət müstəvisində də davam etdirirdi. Küçədən hakimiyyətə gələn, hərəkətləri və siyasi dünyagörüşü,təfəkkürü də küçə uşağı səviyyəsində olan Paşinyan dəfələrlə cənab Prezidentin dəmir iradəsinin və polad məntiqinin qarşısında gülünc vəziyyətə düşüb. Bütün dünyaya bir fakt aydın idi-Azərbaycan XX əsrin sonlarında məğlub edilən ölkə deyil. Onu tarixi zərurətdən- işğal altında qalan torpaqlarını azad etməkdən heç nə və heç kim çəkindirə bilməyəcək.

Bu gün İlham Əliyev haqqında istənilən qədər tərif yazmaq olar. O qalib bir ordunun Ali Baş Komandanıdır. Lakin o bu qələbəyə gedən yolu 17 ildir ki, addım-addım qət edir. Səbirlə, yorulmadan, təzyiqlərdən çəkinmədən. Bəlkə də hər şeyi neçə dəfə yenidən başlamağa məcbur qalıb- amma bu yoldan dönməyib! Zamanında tənqid olunan bir çox hadisələr var ki, əsl mahiyyəti məhz indi aydın olur. Aydın olur ki, İlham Əliyev 27 sentyabrda başlayan Vətən müharibəsinin konturlarını hələ illər əvvəl hazırlayırmış.

2003-cü ilin payızında həyatının son günlərini yaşayan Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək İlham Əliyevi özünün siyasi varisi elan etdi və “ona özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” dedi. Bu onun siyasi karyerasının son böyük zəfəri və xalqı qarşısında böyük missiyasının son akkordu idi. H.Əliyev elə bir siyasi məktəb yaratmışdı, elə bir siyasi kurs müəyyənləşdirmişdi ki, onu ancaq İ.Əliyev başa çatdıra bilərdi. Zaman bir daha H.Əliyev dühasının bənzərsizliyini sübut etdi.

Heydər Əliyev hakimiyyətə ikinci gəlişindən sonra Qarabağ problemini dünya miqyasına çıxardı.Doxsanları yaşayanlar onun Azərbaycan xəritəsinin qarşısında bir müəllim kimi dayanıb dünyaya Qarabağın harada yerləşdiyini göstərməsini yaxşı xatırlayırlar. Bu günün təməlləri məhz o anlarda atılırdı. Biz savaşı uduzmuşduq, müharibə davam edirdi!

Bu günlərdə hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.

Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşib. Bütün siyasi ambisiyalar, umu-küsülər unudulub. Hamı Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyir. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradır. İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacarıb. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirir. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.

Qalibiyyətə gedən yolun açıq olsun,cənab Ali Baş Komandan. Bütün Azərbaycan xalqı sizinlədir,sizinlə qürur duyur! Bu gün azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovuruq. Sizi tezliklə Şuşada, Xankəndində alqışlayacağımıza inanırıq. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı,duası halalın olsun!
Rubrika.Az

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

İki güləşçimiz dünya çempionatının finalında - Fotolar

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031