Prezident İlham Əliyev xalqa müraciət edirPrezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciət edir.



"Turaztv.az" İnterAz-a istinadən xəbər verir ki, müraciət Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanır.



Dövlət başçısı bildirib ki, bu gün səhər Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə bizim yaşayış yerlərimizi, hərbi mövqelərimizi atəşə tutub:



"Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmayacaq!"



Prezident Tovuz hadisələrini xatırladıb:



"Heç kəsə sirr deyil ki, ilk artilleriya atəşini Ermənistan açıb, düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan acı məğlubiyyətlə barışdı. Bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisində əməliyyatlar keçirərdik. Amma bizim belə niyyətimiz yoxdur. Hansı məqsədi güdürdü bu təxribatla Ermənistan?!"



Məhz Ermənistanın riyakar siyasəti nəticəsində danışıqlar dayandırılıb. İyul ayında Azərbaycan Ermənistana layiqli cavab verdi, göstərdi ki, Azərbaycanla hədə-qorxu dilində danışan cəzasını alacaq. Amma onlara dərs olmadı, halbuki mən demişdim ki, bu, dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti txribata əl atıb diversiya göndərdi. Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı diversiya qrupunun rəhbəri.



Və növbəti hərbi təxribat bu gün törədildi, onların cəzalarını aldı və alacaq. Ermənistanın təxribatları eyni zamanda Ermənistan hərbi rəhbərliyi tərəfindən verdiyi açıqlamalarda da bilinir. O, demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə" Bu, yalandır!



Qarabağ Azərbaycandır, və Nida. İkincisi, bu təxribat danışıqlar prosesinə vurulan zərbə idi. Əgər Baş Nazir bu sözü deyirsə, hansı danışıqlardan söhbət gedə bilər?!

Son xəbərlər

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Jurnalistika ilə yaşlanmaq...

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Elnarə Abdullayevaya ağır itki

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

RÜFƏT MÜƏLLİM, SİZƏ HEYRAN OLDU BU CAHAN...

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031