Turaztv.az » Xəbərlər » Həsənxan Əsədov : Allahıma min şükür - FOTO
Xəbərlər

Həsənxan Əsədov : Allahıma min şükür - FOTO

08.11.2026, 21:20 13
Həsənxan Əsədov : Allahıma min şükür - FOTO

Nə gözəldir adın qız,
Yox sənə tay qadın, qız,
Yanır qəlbdə odun qız
Allahıma min şükür!

Hardan gəldin ağlıma,
Döndüm cavanlığıma,
Sənlə tanışlığıma,
Allahıma min şükür!

Yer almısan özün də -
Ürəyimin gözündə,
Yansamda eşq közündə,
Allahıma min şükür!

Saat kimi quruldum,
Sutək axdım, duruldum,
Sənə qəlbdən vuruldum,
Allahıma min şükür!

Ruhuma bal qatmısan,
Eşqə lövbər atmısan,
Ürəyimə yatmısan,
Allahıma min şükür!

Yanır sinə, sözüm çox,
Dərd yeməyə dözüm yox,
Başqasında gözüm yox,
Allahıma min şükür!

Darıxıram özüm də,
Həm gecə, gündüzümdə.
Yer almısan sözümdə,
Allahıma min şükür!

Uyub eşqin əmrinə,
Dönüb sevgi ətrinə,
Xoş gəlmisən ömrümə,
Allahıma min şükür!

Naz-qəmzədən daşın, gül,
Oxdur kirpik, qaşın, bil,
Açır qəlbdə qışın gül,
Allahıma min şükür!

Həsənxanam, dərd əmən,
Dedim:-dərdi dər də mən,
Sinə gərdim dərdə mən,
Allahıma min şükür!


05.11.2026

Oxşar xəbərlər