Baş Nazir Əli Əsədovdan yeni QƏRARNazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nı təsdiq edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Qaydaya əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatlarını yaradır. Sığorta ehtiyatlarının istifadəsinə bu Qaydanın tələbləri nəzərə alınmaqla Agentliyin İdarə Heyətinin qərarı ilə yol verilir.

Sığorta ehtiyatlarının istifadəsinə aşağıdakı hallardan birinin və ya eyni zamanda bir neçəsinin baş verməsi zamanı yol verilir:

– inflyasiya nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfi ilə əhatə olunan tibbi xidmətlərin tariflərinin artımına mütənasib əlavə öhdəliklərin yaranması;

– məzənnə dəyişikliyi ilə əlaqədar Agentliyin xarici valyutada olan öhdəliklərinin həcminin artması;

– Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən hərbi vəziyyət elan olunduqda tibbi xidmətlərə olan yüksək tələbat nəticəsində yaranmış əlavə öhdəliklərin qarşılanması;

– Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət elan olunduqda sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar əlavə maliyyə vəsaitinin tələb olunması;

– icbari tibbi sığorta fondunun maliyyə mənbələri üzrə yığımların proqnozlaşdırılan səviyyədə icra olunmaması nəticəsində öhdəliklərin qarşılanmaması;

– demoqrafik göstəricilərin proqnozlaşdırılmış həddi aşması ilə əlaqədar olaraq tibbi xidmətlərə olan tələbatın artması;

– Bu Qaydada sadalanmayan digər proseslərin təsiri ilə əhalinin xəstələnmə tendensiyalarının dəyişməsi nəticəsində icbari tibbi sığorta ödənişləri üzrə öhdəliklərin ümumi məbləğinin Agentliyin büdcəsində bu xərc istiqaməti üzrə nəzərdə tutulmuş məbləğini aşması.

Son xəbərlər

Milli Məclisin sədri Rusiyaya işgüzar səfərə gedib

Azərbaycan MN rəhbərliyi “EFES - 2026” təlimində iştirak etmək üçün Türkiyəyə gedib

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq

SEPAH ABŞ-ı Yaxın Şərqdən kənarda zərbələrlə hədələyib

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Ölkə üzrə mayın pensiya ödənişləri yekunlaşdırılıb

Yalnız POS-terminalla ödəniş aparın - XƏBƏRDARLIQ

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər

Babasının yubileyinə qatılmadı, tənqid olundu - “Bir qıza görə ailəsini itirdi”

1 milyon avro girov məbləği müqabilində sərbəst buraxıldı

Sabah Bakıda hava yağmursuz olacaq

Bazara “Xırçıldayan ləzzət” gəlir - Fotolar

Mavriki Prezidenti İçərişəhərdə - Fotolar

Azərbaycan universitetləri WUF13-də - Fotolar

Xüsusi nümayəndə: "Qarabağda məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir"

Seyid Əzim Şirvaninin anım günüdür - FOTOLAR

İçərişəhərdə "Ağıllı qoruq" konsepsiyası tətbiq ediləcək

Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır

Mikayıl Cabbarov: "Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"

Ukraynanın bir çox bölgəsi Rusiya ordusunun hücumuna məruz qalıb

UEFA Avropa Liqası: Bu gün final matçı keçiriləcək

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

“Tanqo üçün iki nəfər lazımdır” - Vens

Rubio mayın 23-dən 26-dək Hindistana səfər edəcək

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

Bu gün sözün, qələmin və haqqın xidmətində olan bir insanın – Elyaz Yazanın doğum günüdür - FOTO

Uşaqlarının cızma-qarasını ayağına döymə etdirdi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031