Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı prosesində yaxından iştirak edən Azərbaycan Beynəlxalq Bankı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin keçirdiyi startap layihələri müsabiqəsinə də dəstək verib. İlk mərhələdən keçmiş 10 layihə münsiflər heyətinə təqdim olunub. Onlar arasından 5 qalib seçilib.

TurazTv.az xəbər verir ki, belə bir müsabiqənin məqsədi ölkəmizdə Kraudfandinqin inkişafına kömək göstərməkdir. Kraudfandinq ən müasir maliyyələşmə mexanizmlərindən sayılır. Bu, hər hansı layihənın kollektiv maliyyələşdirilməsi metodudur. Startapların, kiçik biznes layihələrinin maliyyələşdirilməsində, xeyriyyə kampaniyalarında, mədəniyyət aksiyalarında bu metoddan geniş istifadə edilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə reallaşdırdığı bu təşəbbüs ölkəmizdəki startapçıların da Kraudfandinqin imkanlarından faydalanmasına şərait yaradacaq. Müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi veriləcək. Onlara peşəkar təqdimatların hazırlanmasında kömək göstəriləcək.

Növbəti mərhələdə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalı həmin layihələri beynəlxalq Kraudfandinq platforması olan “Kickstarter”-də yerləşdirəcək. Beləliklə, bu startapların kollektiv maliyyələşdirilməsi üçün Kraudfandinq kampaniyasına start veriləcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə startaplara dəstək məqsədilə özünün IBA İnnovasiya Mərkəzini də yaradıb. Bir neçə startap layihəsi hazırda burada inkubasiya mərhələsindədir. Mərkəz haqqında ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Nişanından bir ay keçməmiş həbs olundu

Tolqa Sarıtaş "Teşkilat"dan ayrılır?

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930