Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmək və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın məhkəmə hökmü tərəflərə təqdim olunub.
Ölkə.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, ictimai müzakirələrə səbəb olan bu işin materiallarında bir sıra maraqlı və mübahisəli məqamlar üzə çıxıb.


Məlum olub ki, İ.Hacıyevanın Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş sürücülük vəsiqəsi olmayıb. Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumatda onun adına ölkə daxilində verilmiş vəsiqənin qeydiyyata alınmadığı təsdiqlənib. İlduzə Hacıyeva Almaniya Federativ Respublikasının verdiyi müddətsiz "B" kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edib.

Qanunvericiliyə əsasən, xarici ölkəyə məxsus sürücülük vəsiqəsi ilə vətəndaşlar avtomobili yalnız 1 ay müddətində idarə edə bilərlər. Arzum məhz bu hüquqdan istifadə edərək, özəl şirkətlərin birindən "Changan Qiyuan A05 Plug-in Hibrid" markalı avtomobili günlük 60 manat olmaqla 10 gün müddətinə icarəyə götürüb.

Şirkət rəhbəri şahid qismində ifadə verərək bildirib ki, qəzadan sonra tiktokerlə əlaqə saxlayıb və avtomobilə ziyan dəyib-dəymədiyini soruşub. İ.Hacıyeva isə qəzada iştirak etmədiyini və avtomobilin vəziyyətinin yaxşı olduğunu iddia edib. Şahidin sözlərinə görə, qəzadan sonra avtomobili hava limanı ərazisindən təhvil alıblar.

İş materiallarında İ.Hacıyevanın qəzadan dərhal sonra xəstəxanaya müraciəti ilə bağlı sənəd də yer alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, o, hadisə günü saat 01:34-də tibb mərkəzinə daxil olub və ona "isterik nevroz" diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra saat 01:55-də xəstəxanadan ayrılıb. Beləliklə, onun tibb mərkəzində cəmi 21 dəqiqə qaldığı rəsmən təsdiqlənib.

Xəzər Rayon Məhkəməsi hökm çıxararkən bir sıra halları nəzərə alıb. İlduzə Hacıyevanın 2-si azyaşlı olmaqla 4 övladının olması və əvvəllər məhkum olunmaması yüngülləşdirici hal kimi qiymətləndirilib. Lakin zərərçəkmiş tərəflərlə barışıq əldə edilməməsi və hadisə yerindən qaçması cəzanın təyinində ağırlaşdırıcı amil olub.

Qeyd edək ki, bu ayın 2-də həbs edilən İlduzə Hacıyeva həm ibtidai istintaq, həm də məhkəmə dövründə özünü təqsirli bilməyib. O, qəza anını əks etdirən videonu əsas gətirərək günahsız olduğunu müdafiə edib. Məhkəmənin qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilərin bir çoxu onun qəzada birbaşa təqsiri olmadığını iddia edərək hökmə etiraz edirlər.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930