Hikmət Məlikzadə,
şair, ədəbiyyatşünas-tədqiqatçı

Şeir var ki, (sadəcə,) gözlərə yükdür, şeir də var ki, (onun) cövhəri (birbaşa) ruha sirayət edir; oxuyur, həzz alırıq ...və yenidən oxuyur, heyrət dalğalarına isinişə-isinişə fikir-düşüncə qayığının yelkənini daha geniş – tam açırıq, qayığın sürətlə getdiyi səmtdə də poetik cah-cəlal tapırıq...

Son illər (ara-sıra da olsa) bu tipdə şeirlərə rast gəlir, əmin oluruq ki, Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin və sonrakıların ülfət bağladıqları poeziya (şükr ki,) nəfəs alır...Səmimi etiraf edək ki, şair Gülağa Tənhanın “Əsa” şeiri də ruha intəhasız, umacaqsız təsir edən həqiqi poeziya nümunəsidir. Təhlilə keçməmiş, zəruri-batini məğzi oxucuya tam aydın olsun deyə (əvvəlcə) şeiri bütöv halda təqdim edirik:


Ağac doğulmuşdun...
Boy atmalıydın,
Kölgən bir elata bəs olmalıydı.
Ümid ünvanına dönə bilərdin;
Kölgəndə bir haray, səs olmalıydı.

Günəşin nurunu içib su kimi,
Göylərin köksünə boy atmalıydın.
Kölgənə tamsınan ağsaqqalları
Kölgəndə qəhərsiz yaşatmalıydın.

Göydən od yağanda kölgəliyində,
Nəfəs dərməliydi yorğun yolçular.
Səni uğuruna günün bu vaxtı
İnam bilməliydi yorğun yolçular.

Yazın yaz vaxtında başının üstə
Elə titrədilər, elə əsdilər,
Bəstə balta ilə, ay boyu bəstə,
Səni böyüməmiş, fidan kəsdilər.

Kimsəyə çatmadı hayın, harayın,
Özünü itirdi dünya büsbütün.
Ömrünü kəsdilər,
bir ağsaqqalın
titrəyən əlinin əsası üçün!..

Moskva, 1999
Şeir (göründüyü kimi) 1999-cu ildə yazılıb. Şeirdə obraz Əsadır, yəni, müraciət (ədəbi ricət) birbaşa onadır, lakin ehtimalçı zəmində burada əsas bədii sütun – sətiraltı obraz (bir) Ağacdır. Müəllif ilk misradanca qınağa keçir, “Ağac doğulmuşdun…
Boy atmalıydın, Kölgən bir elata bəs olmalıydı. Ümid ünvanına dönə bilərdin; Kölgəndə bir haray, səs olmalıydı” poetik diqtəsi ilə əsanı (nə vaxtsa) kölgəsində neçə-neçə canlının dincəlmək, rahat nəfəs almaq... şansı olan qollu-budaqlı bir ağac kimi xarakterizə edir. Oxucu bu qəfil qınaqdan dərhal belə bir sual hasil edə bilər ki, əsanın nə günahı, müəllif onu hansı haqla qınayıcı nəzərlərə tuş edib? Bu prosesdə qınaq hədəfi gələcəyin böyük bir ağacını bir-iki qulaclıq əsaya çevirən şəxs və ya şəxslər deyilmi? Bu, əslində, doğru təxmindir, fəqət şair “Ağac doğulmuşdun... Boy atmalıydın, Kölgən bir elata bəs olmalıydı” ricəti ilə əsanı qınamır, onun nə qədər şanssız, nə qədər bəxtsiz olduğunu ehtimal edir, bu ehtimalçı zəminlə də oxucunu (əsa konteksti üzrə) qollu-budaqlı bir ağacın yüzlərlə canlıya kölgə nəsib etməsi faktı ilə (əsaya çevrilib) yalnız bir nəfərin köməkçisi olmaq zərurəti arasında çək-çevirə məruz qoyur. Hər iki halda qınaq obyekti (əsa) xeyirli işə xidmət edir. Lakin burada əsas ədəbi batin əsanın ağac olmaq haqqının əlindən alınmasıdır. Şair (şeirə başlayan kimi) qınayıcı diqtələrinin əhatəsində, əslində, (səthi də olsa) bu məqsədi ehtiva etmək israrındadır və azacıq fəhmi olan oxucu bu zərurəti (şeir boyu) sezə bilir.
Şeirin yetmiş faizi – belə deyək, daha çox bədii məsaməsi əsanın (əgər ağac ola bilsəydi) yaşlı, yorulub əldən düşən insanlara, ümumi halda hər kəsə, hətta heyvanlara öz kölgəsi ilə həyat cövhərləri bəxş etmək ricasıdır. Müəllifin vəslinə yetmək istədiyi əsas anlam (isə) şeirin yerdə qalan otuz faizində açılır. Bəlli olur ki, şeirdə əsa cildində zahir olan nəsnə (predmet) bir vaxtlar bitmək, sürətlə böyümək arzusu (cəhdi) olan pöhrə (fidan) bir ağac olub. Yazın əyni isti tutan kimi (də) maddi-nəfsi asılılığı güclü, içində Allah xofu, rəhm olmayan əmilər (dayılar) o körpə tifili bəstə - özü boyda balta ilə kəsib kiməsə - hansısa yaşlı (bir) insana dayaq olsun deyə, əsa halına salıblar. Ağzıgöyçəklər bu məqamda hay-küy sala bilərlər ki, burada nə qəbahət var, haqqında ziddiyyətli fikirlər çırpıpnan pöhrə ağac əsa olmasaydı, sabah-biri gün böyüyüb tikinti materialına çevriləcəkdi də... Əslinə qalsa, bu hay-küyçü diqtədə də doğru təxmin tutmaq olar, fəqət bizim, elə müəllifin də açmaq istədiyi poetik batin (yuxarıda dediyimiz kimi) əsanın (nə vaxtsa) ağac olmaq haqqının əlindən alınmasıdır...
Şeirin sonluğu bu təməlli ricanı necə də dürüstcə xarakterizə edir:

Kimsəyə çatmadı hayın, harayın,
Özünü itirdi dünya büsbütün.
Ömrünü kəsdilər,
bir ağsaqqalın
titrəyən əlinin əsası üçün!..


Yəni, anlaşılır ki, bir ağacın hələ körpə ikən (və canlı olaraq) ömrü əlindən alınır, sonra da o, (kimlərinsə qəsdi ilə) yerimək çətinliyi olan, əlləri əsən bir ağsaqqala həyan dursun deyə cansız bir predmetə - əsaya çevrilir. Daha doğrusu, onu bu hala məruz qoyurlar və s.
“Əsa” şeirini diqqətlə oxusaq, görərik ki, kiçik bir poetik təqdimatda (balaca bir şeirdə) dünya boyda məlum çək-çevir var. Bu ictimai məğzi batini fövqə çıxarmaq zənnimizcə, böyük ustalıq, istedad və fəhm tələb edir. Əmin olaq ki, istedadlı şair Gülağa Tənha bunu bacarıb...
Biz “Əsa” şeirini (əslində) bir ekoloji qəsd kimi də xarakterizə edə bilərik...

Son xəbərlər

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930