
Xəbərlər
2.08.2020, 15:38
Yasamal rayonunda “Qurban payı” paylanılıb BAYRAMINIZ MÜBARƏK!

Yasamal rayonunda "Qurban payı” paylanılıb
TurazTv.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin iştirakı ilə Yasamal Bələdiyyəsi bu gün 900 şəhid, əlil, imkansız rayon sakininə "Qurban payı” paylayıb.
Qurban payı alanlar arasında həmçinin Böyük Vətən Müharibəsi iştirakçılarının ailələrinin, "Aprel şəhidləri”nin, "Qarabağ qazilərinin” ailə üzvləri də vardır.
Bununla yanaşı bələdiyyə hərəkət məhdudiyyəti olan, habelə yaşlı ahıl insanlara "Qurban” payını evlərinə çatdırıblar.
Bələdiyyədən verilən məlumata görə, bələdiyyə bütün bayramlarda bələdiyyənin inzibati ərazisində qeydə alınan aztəminatlı ailələri diqqətdə saxlayır.
Bələdiyyənin əməkdaşları tərəfindən paylanılan bayram payları aztəminatlı ailələr tərəfindən səmimiyyətlə qarşılanıb.



















Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











