İçərişəhərdə tarixi şəhər mühitinin canlılığının qorunması və dayanıqlı idarə olunması məqsədilə “ağıllı qoruq” konsepsiyası əsasında kompleks yanaşma tətbiq edilir.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya – ağıllı irs, məlumatlara əsaslanan idarəetmə və inklüziv şəhər gələcəyi” mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda təxminən 5000 nəfər əhalisi olan, onlardan 3000-dən çoxunun daimi sakin kimi yaşadığı İçərişəhər yalnız turizm məkanı deyil, həm də yaşayan şəhər mühiti kimi fəaliyyət göstərir.

Qeyd edilib ki, beynəlxalq təcrübədə tarixi şəhər mərkəzlərinin zamanla muzeyləşməsi və canlı şəhər funksiyasını itirməsi halları müşahidə olunur. Lakin İçərişəhərdə əsas məqsəd bu tendensiyanın qarşısını almaq və ərazini yaşayan şəhər kimi qoruyub saxlamaqdır.

Rüfət Mahmud bildirib ki, son bir il ərzində yeni komanda tərəfindən sistemli yanaşma əsasında üçillik strategiya hazırlanıb və əsas hədəf İçərişəhərin canlı şəhər kimi inkişafının təmin edilməsidir.

"Tarixi şəhər mühitində yaşamaq adi şəhər mühitindən fərqli idarəetmə və xidmət tələbləri yaradır. Bu baxımdan sakinlərin rahatlığının təmin olunması, turizm axınlarının idarə edilməsi və şəhər mühitində balansın qorunması xüsusi əhəmiyyət daşıyır", - Rüfət Mahmud vurğulayıb.

Onun sözlərinə görə, turizm axınından yaranan təzyiqlər və ziyarətçi sıxlığının sakinlərin gündəlik həyatına təsiri nəzərə alınaraq yeni idarəetmə modeli hazırlanır.

Son xəbərlər

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930