Ukrayna Ali Radasında cadugərlər, maqlar və ekstrasenslər üçün inzibati məsuliyyətin tətbiqini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamentinin rəsmi saytında yer alıb.

Sözügedən qanun layihəsi Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakın falçısı ilə bağlı yaşanan səs-küylü skandaldan dərhal sonra irəli sürülüb. Sənəddə İnzibati Xətalar Məclisinə dəyişiklik edilməsi təklif olunur. Dəyişikliyə əsasən, ödənişli falçılıq, ekstrasenslik, sehrbazlıq, ezoterika və okkultizm xidmətləri göstərənlər, həmçinin bu növ xidmətlərin reklamı, populyarlaşdırılması və yayılması ilə məşğul olanlar cəzalandırılacaq.

Qeyd edək ki, Ukraynanın “Hromadske” nəşri Yermakın “Veronika Fenşuy Ofis” adlı şəxslə yazışmalarını ifşa edib. Jurnalistlərin araşdırmasına görə, sabiq məmur ən azı 2020-ci ildən bəri mühüm dövlət və kadr təyinatlarında bu falçı ilə məsləhətləşib, namizədlərin doğum tarixlərini ona göndərib. Yazışmalarda Ukraynanın Baş naziri, Səhiyyə naziri, Baş prokuror və Prezident Ofisi rəhbərinin müavini postlarına namizəd olan şəxslərin taleyi müzakirə edilib.

Bundan əvvəl isə hüquq-mühafizə orqanları Yermakın ofisində keçirdikləri axtarışlar zamanı çoxlu sayda okkultizm və cadu ləvazimatları aşkar etmişdilər.

Xatırladaq ki, mayın 14-də Andrey Yermak Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisində 460 milyon qrivenin yuyulması ittihamı ilə 60 sutka müddətinə həbs edilib.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930