
Xəbərlər
16.05.2026, 00:08
Şəhid Elgün Abbaslının mövlud gününə, anası Sevda xanımın dilindən - FOTO
44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Elgün Abbaslının mövlud gününə, anası Sevda xanımın dilindən. Ruhu şad olsun. Amin!
QƏZƏL
Sönüb artıq neçə ildir çırağı Elgünümün,
Qara daşdan gəlir, Allah, sorağı Elgünümün.
Payızın verdiyi yellər xəzan gətirdi, solub,
Qırılıbdır ağacından budağı Elgünümün.
Fələyin çarxı dönəndən həyat olubdu çətin,
Pozulub getdiyi gündən varağı Elgünümün.
Cavan ömründə bir eldən köçün çəkib getdi,
Quruyubdur gözü, axmır bulağı Elgünümün.
Vətən ismində onun könlünün sonası olub,
Laçınından görünür körpə çağı Elgünümün.
Gözümün yaşını leysan edən balam gələ kaş,
Qalıb onsuz yenə köksündə dağı Elgünümün.
Odu sönmür, nə qədər keçsə il, yanır yenə də,
Ala bilmir qəmi candan fərağı Elgünümün.
Balasından düşüb, Allah, şəhid uzaq, darıxır,
Kəsilibdir qızı Nəzrinlə bağı Elgünümün.
Qarabağ torpağı üstündə qan töküb nə qədər,
Biçib ordan, neçə düşmən, orağı Elgünümün.
Görə, Sevdaya bu həsrət zülüm verir hələ də,
Ola Zəhra Ana hər gün qonağı Elgünümün.
Şəhidin isminə, Lilpar, qəzəl yarandı gözəl,
Başa çatmış çün əzəldən sınağı Elgünümün.
Lilpar Cəmşidqızı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













