Prezident:  Prezident: "Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq""Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki "Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir "respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın "Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. "Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur".

"Turaztv.az" Qaynarinfo ya istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

Son xəbərlər

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Jurnalistika ilə yaşlanmaq...

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Elnarə Abdullayevaya ağır itki

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

RÜFƏT MÜƏLLİM, SİZƏ HEYRAN OLDU BU CAHAN...

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031