"Əgər öskürək 21 gün ərzində keçmirsə, bu, bir çox xəstəliklərin, o cümlədən xərçəng və ya vərəmin də göstəricisi ola bilər".


Bu barədə rusiyalı həkim-terapevt Yana Fomina "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.

"Əgər öskürək sizə artıq üç həftədir əziyyət verirsə, aptekdən "öskürəyə qarşı nəsə" almayın. Terapevt qəbuluna yazılın, flüoroqrafiya (döş qəfəsi orqanlarını aşağıdozalı rentgenlə vizuallaşdıran sürətli skrininq metodu - red.) edin, ümumi qan analizi və C-reaktiv zülal (iltihab markeri) analizləri verin. Əgər leykositlər sayı və eritrositlərin çökmə sürəti normaldırsa, orqanizmdə iltihab yoxdur. Əgər yüksəlirsə, o zaman həkim müvafiq antibakterial terapiya təyin edəcək. Əgər rentgen şəkli aydındırsa, lakin öskürək davam edirsə, terapevt sizi LOR həkiminə və qastroenteroloqa yönləndirəcək. Əgər rentgendə tünd ləkə görünübsə, təşvişə düşməyin. 70% hallarda bu, uzun müddət davam edən pnevmoniyanın göstəricisidir. 20%-də vərəmdir. 10%-də isə onkologiyadır ki, bu da erkən mərhələlərdə müalicə edilə bilər", - deyə Yana Fomina qeyd edib.


Həkim əlavə edib ki, bəzən öskürək uzun müddət davam edir, lakin rentgen müayinəsi ideal olur, həkim isə nəfəsalma zamanı ağciyərlərdə bronxit və ya pnevmoniya üçün xarakterik olan "fit səsini" eşitmir. Bu halda öskürəyin səbəbi ağciyərlərdə deyil, digər orqanlardadır.


"Məsələn, öskürəyin səbəbi burun boşluğundan gələn axıntı (rinit, sinusit) ola bilər. Burundan gələn selik boğazın arxa hissəsindən axır və səs tellərini qıcıqlandırır. Bu zaman ağciyərləri deyil, burnu müalicə etmək məsləhətdir (duzlu məhlullarla yaxalama, kortikosteroid spreyləri). Öskürəyin digər səbəbi isə qastroezofageal reflüks xəstəliyidir. Mədədən çıxan xlorid turşusu qida borusuna və traxeyaya axır və spazmlara səbəb olur. Bəzən öskürəyə dərmanlar da səbəb ola bilər. Əgər qan təzyiqi üçün enalapril, lizinopril və ya perindopril qəbul edirsinizsə, quru öskürək onların yan təsiri ola bilər", - deyə həkim əlavə edib.


Bundan əlavə, uzun müddət davam edən öskürək siqaret çəkmək, zərərli sahədə işləmək, allergiya, astma, xroniki obstruktiv ağciyər xəstəliyi və digər amillərdən də qaynaqlana bilər.

Son xəbərlər

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930